Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır – YENİLƏNİB

15:30 - 28 / 01 / 2021
Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır – YENİLƏNİB

Tərtər rayonunun Əskipara kəndi ərazisində minaya düşən traktor sürücüsü Elgün Ələkbərov əməliyyat olunub.

Bu barədə Trend-ə Bərdə rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisə zamanı traktorçu qəlpə yaraları alıb: "Hazırda əməliyyat olunub, reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir".

14.46

Tərtər rayonunun işğaldan azad olunmuş ərazilərində traktor minaya düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb.

E.Ələkbərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya E. Ələkbərovun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
482

Son xəbərlər

Kəlbəcərə ilk köç olacaq

12 / 06 / 2025, 16:48
Bütün xəbərlər