Siyasət

Şahin Seyidzadə Abşeron rayonunda səyyar qəbul həyata keçirib – FOTO

17:34 - 29 / 01 / 2021
Şahin Seyidzadə Abşeron rayonunda səyyar qəbul həyata keçirib – FOTO

Azərbaycan Respublikası Milli Məclisində 50 saylı Abşeron-Qobustan seçki dairəsini təmsil edən deputat Şahin Seyidzadə səyyar vətəndaş qəbulu keçirib.

1news.az xəbər verir ki, bu barədə deputat öz sosial şəbəkə hesablarında paylaşım edib.

“Yanvarın 26-da Abşeron Rayon Heydər Əliyev Mərkəzində 25-dən artıq vətəndaşın iştirakı ilə rayonun Aşağı Güzdək, Ceyranbatan Güzdək, Hökməli, Saray və Qobu qəsəbələri, həmçinin Qobustan rayonunun Bədəlli və Poladlı kənd sakinləri ilə səyyar qəbul baş tutub.

Pandemiyadan irəli gələrək xüsusi qaydalara əsasən həyata keçirilən fərdi qəbullarda məşğulluq, sağlamlıq, sosial təminat, hüquq, kommunal, təhsil, torpaq və əmlak məsələləri ilə bağlı müraciətlər qəbul edilib”.

1news.az

Son xəbərlər

Bütün xəbərlər

Next TV