Bu il qəbul imtahanında “Vətən müharibəsi”nə aid mövzular yer alacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il qəbul imtahanında “Vətən müharibəsi”nə aid mövzular yer alacaq

11:47 - 29 / 01 / 2021
Bu il qəbul imtahanında “Vətən müharibəsi”nə aid mövzular yer alacaq

"Bu il tarix fənni üzrə qəbul imtahanı proqramına “Vətən müharibəsi”nə aid mövzular da daxil ediləcəkdir".

1news.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

"Bilirsiniz ki, “müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də, biz Vətən müharibəsinə aid mövzuların “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcəkdir”.

Qafar Ağayev

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər