Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Prezident İlham Əliyevin prinsipial siyasətinin məntiqi nəticəsidir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Prezident İlham Əliyevin prinsipial siyasətinin məntiqi nəticəsidir

14:21 - 30 / 01 / 2021
Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Prezident İlham Əliyevin prinsipial siyasətinin məntiqi nəticəsidir

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. Bu, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin reallaşmasının, Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının daha bir əyani təzahürüdür.

AZƏRTAC xatırladır ki, Birgə Monitorinq Mərkəzi Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanatın 5-ci bəndinə əsasən yaradılıb. Mərkəz münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycanın siyasi iradəsinin növbəti təzahürü və dövlətimizin başçısının düşünülmüş, qətiyyətli və prinsipial siyasətinin məntiqi nəticəsidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə regionda yeni geosiyasi reallıq yaradıb. Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması da bu reallıq nəticəsində mümkün olub və ölkəmizin maraqlarına tamamilə uyğundur.

Hazırda ən yüksək səviyyəyə çatmış Azərbaycan-Türkiyə tərəfdaşlığı Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün böyük önəm kəsb edir. Eyni zamanda, prosesdə Rusiya və Türkiyənin birgə iştirakı da olduqca pozitiv amildir və regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar açır.

Bu Mərkəz tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsində, mümkün insidentlərin qarşısının alınmasında, araşdırılmasında effektiv və etibarlı nəzarəti təmin edəcək. Ötən müddət ərzində mərkəzin yaradılması ilə bağlı bütün texniki-təşkilati məsələlər həll edilib və fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bu gün açılan Birgə Monitorinq Mərkəzi bütün zəruri avadanlıq və şəraitlə təmin olunub.

Birgə Monitorinq Mərkəzinin yaradılması və fəaliyyətə başlaması Prezident İlham Əliyevin irəli sürdüyü 3+3 (Rusiya, Türkiyə və İran + Azərbaycan, Ermənistan və Gürcüstan) əməkdaşlıq formatının reallaşması, kommunikasiyaların açılması baxımından da növbəti uğurlu addımdır.

S.Xankişiyeva

 

Paylaş:
572

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər