Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağac əkilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağac əkilib – FOTO

16:27 - 30 / 01 / 2021
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağac əkilib – FOTO

Bu gün Azərbaycanın Ağdam rayonunda açılışı olan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağacəkmə kampaniyası keçirilib.

Trend-in məlumatına görə, ağacları Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin əkiblər.

Qeyd edək ki, mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.

S.Xankişiyeva

 

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər