Deputat: “Prezident mövqeyini çox qəti və kəskin şəkildə ifadə etdi” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Prezident mövqeyini çox qəti və kəskin şəkildə ifadə etdi”

14:26 - 02 / 02 / 2021
Deputat: “Prezident mövqeyini çox qəti və kəskin şəkildə ifadə etdi”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibə verib.

Müsahibəsində bir çox məqamlara toxunana dövlət başçısı məmurları sərt şəkildə tənqid edib. Prezident bildirib ki, Fövqalədə hallar naziri Kəmaləddin Heydərov, Dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, AZAL-ın rəhbəri Cahangir Əsgərov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ona müraciət edərək təmsil etdikləri qurumların Şuşada nümayəndəliklərinin açılması ilə bağlı icazə istəyiblər. Əvəzində isə Prezidentin ciddi iradına və tənqidi nə tuş gəliblər. Bəs görəsən dövlət başçısının bu xəbərdarlıqları nəyə işarədir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, dövlət başçısı müsahibəsində bir sıra olduqca önəmli məsələlərə diqqəti cəlb etdi.

“Ölkə rəhbərinin dövlət idarəçilik fəlsəfəsinin qayəsini təşkil edən çox mühüm bir yanaşma var. Ölkə Prezidenti dəfələrlə qeyd edir ki, mənim əsas amalım güclü Azərbaycan dövləti qurmaq və xalqıma ləyaqətlə xidmət etməkdir. Hər zaman qeyd edir ki, o, xalqın bir nömrəli xidmətçisidir və bütün məmurlar xalqın xidmətçisi olmalıdır və onlar xalqa ləyaqətlə xidmət etməlidir. Belə olduğu təqdirdə onları daha böyük irəliləyişlər gözləyir, yeni yüksəliş gözləyir, əksi halda isə onlar cəzalandırılacaqlar.

Son bir neçə ildə həm mərkəzi icra hakimiyyəti, həm də yerli icra hakimiyyəti orqanlarında həyata keçirilən həbslər dediklərimizi bir daha təsdiq edir. Cənab Prezident dünənki çıxışında da konktret ünvanlar göstərdi, konkret qurumların adlarını çəkdi ki, onların xalqa xidməti ilə bağlı problemlərdən bəhs elədi. Eyni zamanda konkret ünvanlar göstərərək tənqidi mövqeyini bildirdi ki, məmurlar artıq Şuşa uğrunda mübarizəyə başlayıblar, Şuşada yeni ofislər tikmək, hasarlama işləri həyata keçirmək, özləri üçün şərait yaratmaq istəyirlər. Bunlar qəbul edilməzdi və cənab Prezident də mövqeyini çox qəti və kəskin şəkildə ifadə etdi. Hesab edirəm ki, cənab Prezidentin bu məsələni geniş ictimaiyyətə çatdırması onu göstərir ki, həmin məmurlar ölkə Prezidentinin son dərəcə kəskin tənqidindən nəticə çıxarmasalar bu, onların fəaliyyəti ilə bağlı çox ciddi problemlərin yaranmasına səbəb olacaq”.

Qafar Ağayev

Paylaş:
724

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər