Prezident İlham Əliyev Əmək pensiyaları ilə bağlı Sərəncam imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Əmək pensiyaları ilə bağlı Sərəncam imzaladı

18:10 - 05 / 02 / 2021
Prezident İlham Əliyev Əmək pensiyaları ilə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1news.az

Paylaş:
932

Son xəbərlər

Sabahın havası açıqlandı

13 / 09 / 2025, 12:56
Bütün xəbərlər