AFFA hakimi vuran məşqçi ilə bağlı qərar verdi
Bakının “Səbail” klubunun məşqçisi Vüqar Məmməd cəzalanıb.
1news.az-ın məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Qurum məşqçini 20 oyunluq diskvalifikasiya edib. Buna Məmmədin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündəki hərəkəti səbəb olub.
Azərbaycan yığmalarının sabiq baş məşqçisi “Sumqayıt”la ev qarşılaşmasında (1:2) köməkçi hakimi vurduğu üçün belə sərt cəzaya məruz qalıb. Onun hərəkətinə görə “Səbail” 16 min manat cərimə ödəyəcək.
1news.az
864