Ərdoğan Azərbaycan-Türkiyə Mədəniyyət mərkəzlərinin təsis olunması haqda Sazişi təsdiqləyib | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan Azərbaycan-Türkiyə Mədəniyyət mərkəzlərinin təsis olunması haqda Sazişi təsdiqləyib

13:32 - 11 / 02 / 2021
Ərdoğan Azərbaycan-Türkiyə Mədəniyyət mərkəzlərinin təsis olunması haqda Sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i təsdiq edib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş” 2018-ci ilin 25 aprel tarixində Ankarada imzalanıb.

1news.az

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər