“Ai-92” markalı benzinin keyfiyyəti ilə bağlı AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ai-92” markalı benzinin keyfiyyəti ilə bağlı AÇIQLAMA

13:23 - 17 / 02 / 2021
“Ai-92” markalı benzinin keyfiyyəti ilə bağlı AÇIQLAMA

“Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı ötən il ərzində 36 yanacaqdoldurma stansiyasında monitorinq aparılıb. Bu məntəqələrin əksəriyyətində kənarlaşmalar müşahidə olunub və vətəndaşlar tərəfindən daxil olan şikayətlər öz təsdiqini tapıb”.

1news.az “Qafqazinfo”ya istiandən xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda “Ai-92” markalı benzinin keyfiyyəti ilə bağlı şikayətlərə dair sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, hazırda əldə olunan məlumatlar tədqiq edilir: “Tərəfimizdən tədbirlər planı hazırlanır və yaxın vaxtda ictimaiyyətə məlumat veriləcək”.

Xidmət rəsmisi həmçinin əlavə edib ki, yanacağın keyfiyyətində problemlər var: “Hazırda yanacağın keyfiyyəti ilə əlaqədar standart hazırlanır. Burada yanacağın istehsalından istehlakçıya təqdim olunmasına qədər olan bütün proses nəzərdə tutulur. Hazırda standartla bağlı məsələ razılaşdırmanın son mərhələsindədir və ümid edirik ki, tətbiqindən sonra bu problemlər aradan qalxacaq”.

Xatırladaq ki, Azərbaycanda “Ai-92” markalı benzinin satış qiyməti Tarif Şurasının 2021-ci il 4 yanvar tarixli qərarı ilə artırılıb. Həmin qərarla “Ai-92”nin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bildirilib ki, bu addım ölkədə istehsal edilən mühərrik yanacağının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə atılır.

Paylaş:
1029

Son xəbərlər

ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıbBu gün, 12:37Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47
Bütün xəbərlər