Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib – FOTO

S.Xankişiyeva14:30 - 25 / 02 / 2021
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib – FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Ceyhun Bayramov qarşı tərəfi səmimiyyətlə salamlayıb, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla qeyd edib.

Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəkləməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Sərhəd İşlər Təşkilatının səfəri çərçivəsində keçirdiyi görüşlərin və işğaldan azad olunmuş ərazilərə baş çəkmələrinin bölgədəki vəziyyətlə yaxından tanış olmaq üçün əlverişli imkan yaratdığı qeyd olunub. Ümumilikdə bu səfərin faydalı olacağı və ölkələrimiz arasında inkişaf edən əlaqələrə müsbət töhfə verəcəyinə inam ifadə edilib.

Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfar öz növbəsində, səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib və Azərbaycan dövləti və xalqını Qələbə münasibətilə bir daha təbrik edib. O, işğaldan azad olunmuş məntəqələrə səfərləri çərçivəsində bu ərazilərdə törədilmiş dağıntıların miqyasının şahidi olduqlarını təəssüflə qeyd edərək, buna rəğmən, ərazilərin Azərbaycanın nəzarətinə qayıtmasından böyük fəxr hiss etdiklərini vurğulayıb.

Qarşı tərəf cari səfəri olduqca məhsuldar qiymətləndirib.

Görüşdə, həmçinin ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Paylaş:
295

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər