XİN: İnsan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimsəyə baş ucalığı gətirməz | 1news.az | Xəbərlər
Siyasət

XİN: İnsan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimsəyə baş ucalığı gətirməz

S.Xankişiyeva12:27 - 25 / 02 / 2021
XİN: İnsan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimsəyə baş ucalığı gətirməz

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburq xarici işlər nazirinin BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.

Nazirliyin Mətbuat xidməti idarəsindən 1news.az-a bildirilib ki, fevralın 24-də Lüksemburq xarici işlər və Avropa məsələləri üzrə naziri Jan Asselbornun BMT İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı “Azərbaycan Dağlıq Qarabağda çoxlu dağıntılara səbəb olan hərbi hücumda və Türkiyəni onu dəstəkləməkdə” ittiham etməsi bu dövlət rəsmisinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir.

"Özünü insan hüquqları keşikçisi kimi qələmə verməyə çalışan Jan Asselborn, Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayıb, bu ərazilərdə qanlı etnik təmizləmə həyata keçirərkən, 1 milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozarkən nə səbəbdən bu məsələni bir dəfə də olsun BMT İnsan Hüquqları Şurasında və ya digər müvafiq beynəlxalq platformada qaldırmayıb? Bəlkə Lüksemburq XİN-in Ermənistanın 27 sentyabr tarixində əl atdığı növbəti hərbi təxribat nəticəsində başlayan hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə döyüş əməliyyatları zonasından uzaqda yerləşən mülki insanları hədəfə aldığı, 100-dən çox günahsız azərbaycanlını qətlə yetirdiyi barədə məlumatı yoxdur? İnsan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimsəyə, o cümlədən Lüksemburq xarici işlər nazirinə baş ucalığı gətirməz", - məlumatda qeyd olunub.

Paylaş:
316

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər