Hava XƏBƏRDARLIĞI: Qar yağacaq, küləkli olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava XƏBƏRDARLIĞI: Qar yağacaq, küləkli olacaq

14:17 - 26 / 02 / 2021
Hava XƏBƏRDARLIĞI: Qar yağacaq, küləkli olacaq

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23 metrədək güclənəcək.

Xəbərdarlığa əsasən, martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək.

Paylaş:
286

Son xəbərlər

Bütün xəbərlər