İlham Əliyev: Türk Silahlı Qüvvələrinin modeli Azərbaycan üçün ən məqbul modeldir – VİDEO
“Müharibə dövründə ilk günlərdən əziz qardaşım, hörmətli Prezident açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır.
Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri hörmətli Hulusi Akar, xarici işlər naziri hörmətli Mövlud Çavuşoğlu, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək oldu. Eyni zamanda, bütün dünyaya bir siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Prezident İlham Əliyev bildirib ki, bu gün də bu, davam edir: “Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. Bu barədə mən artıq məlumat verdim, o silahlar yaxın zamanlarda gələcək. Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq”.
Mövzu ilə əlaqədar oxuyun:
İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
İlham Əliyev İrandan olan jurnalistə irad tutdu: “Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”
İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
“Xocalı soyqırımı törədiləndə dünya susmuşdu” - Prezident
Prezident İlham Əliyev: Bizim erməni xalqı ilə işimiz yoxdur
İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
Prezident: Laçın və Zəngilanda da aeroport tikmək planımız var