Deputat: “Heç bir siyasi lider mediadan bu qədər səmərəli istifadə edə bilməmişdi” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Heç bir siyasi lider mediadan bu qədər səmərəli istifadə edə bilməmişdi”

Qafar Ağayev14:21 - 01 / 03 / 2021
Deputat: “Heç bir siyasi lider mediadan bu qədər səmərəli istifadə edə bilməmişdi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı verdi. 4 saatdan çox davam edən mətbuat konfransında Prezident İlham Əliyev sualları 4 dildə cavablandırdı. Dövlət başçısı mətbuat konfansında bütün qaranlıq məqamlara aydınlıq gətirdi.

Dövlət başçısının bu mətbuat konfransında verdiyi mesajlar nələrdən ibarət oldu?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, bu vaxta qədər heç bir siyasi lider yumşaq güc adlandırılan medianın imkanlarından bu qədər səmərəli istifadə edə bilməmişdi

“Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında dünyanın nüfuzlu və aparıcı media qrumlarının diqqətinə bir daha Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında qlobal informasiya məkanına obyektiv məlumatlar vermiş oldu. Hər şeydən öncə bu Xocalı soyqırımı və onun dünyaya tanıdılması, eyni zamanda 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlarla bağlı idi. Ümumiyyətlə keçirilən mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı. İlk dəfə idi ki, bir lider bu qədər uzun müddətdə və 4 dildə dünyanın ən aparıcı media qrumlarının suallarını cavablandırırdı. Bir dildən digərinə keçid o qədər rəvan baş verirdi ki , bu media təmsilçilərinin də diqqətindən yayınmır onların da yaxşı mənada təccübünə səbəb olurdu. Əslində bu hadisə sadəcə dil bilmək deyil, həm də media kimi universal bir alətin imkanlarından milli məqsədlər üçün istifadə etmənin yeni özünəməxsus forması idi. Bu vaxta qədər heç bir siyasi lider yumşaq güc adlandırılan medianın imkanlarından bu qədər səmərəli istifadə edə bilməmişdi. Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında eyni zamanda bu vaxta qədər yerli və xarici informasiya məkanında suallar doğuran bir sıra məsələlərə aydınlıq gətirdi. Onlardan biri hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərimiz qayıdış məsələsi idi. Azərbaycan Prezidenti Xocalıya da digər ərazilərimizə də qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi. İkinci məsələ böyük qayıdışla bağlı planların ardıcıl olaraq həyata keçirilməsi və onun hansı formada baş tutacağı idi. Aydın oldu ki, bununla bağlı Azərbaycanın dəqiq və düşünülmüş planı var və bu ardıcıllıqla mərhələli şəkildə həyata keçiriləcək . Başqa bir mühüm məsələ Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın regionumuza və vəd etdiyi mühüm perespektivlərlə bağlı idi”.

Deputat bildirib ki, Prezident İlham Əliyev regional və beynəlxalq tərəfdaşlarımıza da, Ermənistana da mühüm ismarıclar verdi.

“Bəlli oldu ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda əməkdaşlıq üçün yeni həm də tarixi fürsət yaradıbdır. Əgər bu fürsətdən doğru istifadə olunarsa bü bütövlükdə regional və qlobal əmıkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarada bilər. Yox əgər Ermənistan yenə də revanşist cəhdlər edərsə bu 90-cı illərdə olduğu kimi yenidən Ermənistanın özünütəcridinə gətirib çıxara bilər və nəticədə bu ölkə öz səhvlərini təkrar etməklə əməkdaşlıqdan kənarda qala bilər. Prezidentin fikirləri həm də bəzi ölkələrə bir cağırış idi. Bu çağırış ondan ibarət idi ki, əgər kimsə Erməmistanın olmayan ordusunu moderinizə etmək istəyirsə bu bu regiona yaxşı heç nə vəd edə bilməz. Ona görə də hazırkı mürəkkəb tarixi mərhəldə ən doğru yol yeni əməkdaşlıq imkanlarından keçir ki, Azərbaycanın məqsədi də elə budur”.

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər