AZAL Azərbaycana gələcək şəxslərlə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Azərbaycana gələcək şəxslərlə bağlı məlumat yaydı

S.Xankişiyeva16:08 - 04 / 03 / 2021
AZAL Azərbaycana gələcək şəxslərlə bağlı məlumat yaydı

Koronavirus infeksiyasının yayılmasını minimuma endirmək məqsədilə, Azərbaycana gələn bütün sərnişinlər təyyarəyə minməzdən əvvəl COVID-19 üçün PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda deyilir. Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir.

Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir.

COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.

Paylaş:
408

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər