Milli Məclisin Sədri Sahibə Qafarova TBMM Sədri Mustafa Şəntopa başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin Sədri Sahibə Qafarova TBMM Sədri Mustafa Şəntopa başsağlığı verib

22:36 - 04 / 03 / 2021
Milli Məclisin Sədri Sahibə Qafarova TBMM Sədri Mustafa Şəntopa başsağlığı verib

Martın 4-də Milli Məclisin Sədri Sahibə Qafarova öz Twitter səhifəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, parlamentin Sədri Türkiyənin Bingöl istiqamətindən Tatvana gedən və əsgərləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində 9 əsgərin şəhid olmasından kədərləndiyini bildirib, qardaş Türk xalqına və şəhidlərin ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləklərini ifadə edib.

Paylaş:
343

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər