Məşhur rejissor: “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşhur rejissor: “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - VİDEO

12:30 - 04 / 03 / 2021
Məşhur rejissor: “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - VİDEO

Bu gün real faktlara əsaslanan tarixi filmlərin çəkilməsi çox vacibdir. Xüsusilə Azərbaycan ilə Türkiyənin kinomatoqrafiya sahəsində birgə əməkdaşlığını xüsusi vurğulamaq olar. Bu yaxınlarda Türkiyə prezident administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun bildirmişdi ki, "Qafqaz İslam Ordu"su, "Xocalı qətliam"ı haqqında da film və serialların çəkilməsi ilə bağlı prezidentin tapşırığı var.

1news.az xəbər verir ki, bu istiqamətdə suallara cavab tapmaq üçün "Kurtlar Vadisi", "Sen anlat Karadeniz", "Sakarya Fırat" kimi məşhur filmlərin rejissoru Osman Sınav "ARB 24" televiziyasının efirində "Nə baş verir?" verilişində canlı bağlantıya qoşulub.

Osman Sınav deyib ki, tarixi film çəkmək, tarixi layihə ərsəyə gətirməyin bir səbəbi olmalıdır:

"Tarix tarixdir, amma tarixi film çəkməyin bir məqsədi, səbəbi olmalıdır. Səbəbi isə bu olmalıdır ki, tarixi film, tarixi layihə qarşımızdakı tarixi qorumağa hesablanmalıdır. Tarixi birlikdə və yenidən inşa etməliyik".

Məşhur rejissor, həmçinin deyib ki, Mübariz İbrahimov Qarabağ məsələsində Azərbaycanın çox vacib qəhrəmanlarından biridir:

"Uzun illər idi ki, Mübariz İbrahimovun filmini çəkmək istəyirdim. Amma bir hekayə yarada bilmədik, onun özəl həyatı ilə bağlı çox məlumat ala bilmədim. O, mənim üçün çox əhəmiyyətlidir. Xüsusilə Qarabağ məsələsində Mübariz Azərbaycanın çox vacib qəhrəmanlarından biridir".

Osman Sınav çox yaxında Azərbaycana gələcəyini də vurğulayıb.

1news.az

Paylaş:
388

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər