Son 3 ildə gömrükçülər bu qədər narkotik maddə aşkarladı
Son 3 ildə gömrük orqanları tərəfindən 4,6 ton narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, ötən 3 ildə (2018-2020-ci illər) aşkarlanan narkotik vasitələrin həcmi ondan əvvəlki 10 ildə (2008-2017) aşkarlanan narkotik vasitələrin həcmindən 1,55 ton çoxdur. Belə ki, əvvəlki 10 ildə 3,05 ton narkotik vasitələr aşkarlanmışdı.
457