“Şərtlər nə olursa olsun, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq” - Politoloq | 1news.az | Xəbərlər
Siyasət

“Şərtlər nə olursa olsun, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq” - Politoloq

17:34 - 05 / 03 / 2021
“Şərtlər nə olursa olsun, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq” - Politoloq

İkinci Qarabağ müharibəsində Azərbaycan hər döyüş meydanında, həm də diplomatiya sahəsində qələbə qazanaraq regionun lider ölkəsi olduğunu sübut etdi. Bu haqlı savaşında Azərbaycan ən böyük dəstəyi hər zaman olduğu kimi yenə qardaş Türkiyə verdi.

İkinci Qarabağ savaşı başladığı ilk gündən etibarən qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərməkdə davam edir. Bu gün hər bir azərbaycanlının qəlbində Azərbaycan sevgisi ilə yanaşı həm də bir Türkiyə sevgisi var. Biz “bir millət, iki dövlət” olduğumuzu ancaq sözdə deyil, əməllərimizlə də sübut edirik. Bu qarşılıqlı hörmət və sevgi xalqlarımız arasındakı tarixi-mədəni bağların, dil və din birliyinin əbədi olan təzahürlərindən biridir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verməklə yanaşı xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirdi. Türkiyə Cümhuriyyətinin rəhbərinin təşviqi ilə Türkiyənin dövlət rəsmilərinin nümayəndə heyətləri ilə birlikdə Azərbaycana səfərləri Prezidentlərimiz, müstəqil dövlətlərimiz və xalqlarımızın ən çətin sınaq məqamlarındakı ürəkdən gələn birlik və həmrəyliyinin canlı təcəssümü oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı bir daha ölkəmizə dəstəyini nümayiş etdirərək, İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizin önəmini vurğulayıb:

“Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm”.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycana göstərdikləri dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib, onun ölkəmizə və xalqımıza dəstəyini yüksək qiymətləndirib:

“2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi Zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk”.

Politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova 1news.az-a açıqlamasında bildirib ki, Türkiyənin Azərbaycana dəstəyi onun son illər həyata keçirdiyi fəal regional, eyni zamanda qlobal xarici siyasətinin ayrılmaz bir tərkib hissəsidir:

“Biz prezident Ərdoğanın dediyi kimi, Türkiyənin Qafqazlardan Şimali Afrikaya, Orta Şərqə, Uzaq Şərqə qədər geniş bir ərazidə xarici siyasət yeritdiyini görürük. Azərbaycanı Türkiyə ilə mənəvi, eyni zamanda praqmatik maraqlar birləşdirir. Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşması Qarabağ məsələsinin həllində öz töhfəsini verdi. 30 ilə yaxın bir dövrdə Minsk qrupu həmsədrlərinin bacarmadığını, yaxud, etmək istəmədiyini türk diplomatiyası çözdü. Təbii ki, Azərbaycan xalqının, ordusunun əzmi sayəsində”.

Politoloq Türkiyənin dünyada nüfuzunun, iqtisadi və hərbi qüdrətinin artdığını qeyd etməklə yanaşı, qardaş ölkənin çətin seçimlər qarşısında qalmasına da diqqət çəkib, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını isə xüsusi vurğulayıb:

“Bu gün Türkiyə çətin seçimlər qarşısında qalır, ağır qərarlar verməli olur. Qərbi, yoxsa Rusiya ilə yola davam dilemması türk diplomatiyasının qarşısında duran məsələlərdən biridir. ABŞ-da sərt xətt tərəfdarlarının hakimiyyətə gəlməsi müttəfiqlərdən, o cümlədən, Türkiyədən konkret tərəf seçməyi tələb edir. Bu, Türkiyənin Qafqaz siyasətinə də təsirini göstərəcək. Lakin şərtlər nə olursa, olsun, Türkiyə hər zaman Azərbaycanın yanında olub, olacaq.

Rusiya ilə münasibətlərin çaları Azərbaycanla əlaqələrə birbaşa olmasa da, bəzi məsələlərdə təsir edə bilər. Hər bir halda prioritet istiqamətlər dəyişməyəcək. Türkiyə müstəqil oyunçu kimi, yoxsa, ABŞ və NATO-nun təmsilçisi kimi bölgədə varlığını davam etdirəcək, bu artıq onun seçimidir. Lakin bir həqiqət aydındır ki, Türkiyənin varlığı bölgədə işğalçının cilovlanması, beynəlxalq hüququn aliliyinin təmin edilməsi, konstruktiv əməkdaşlığa və sülhə təhriketmədən tutmuş, abadlıq-quruculuq işlərinədək bir sıra müsbət hadisələrə rəvac verə bilər”.

B.Cahandarov

Paylaş:
660

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər