Abilimpiya Federasiyasının İcraiyyə Komitəsinin ilk iclası keçirilimişdir - FOTO
Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının İcraiyyə Komitəsinin ilk iclası keçirilimişdir.
İclasda İcraiyyə komitəsinin üzvləri Federasiyanın prezidenti İlqar Rəhimov, vitse-prezidentlər Cavad Qasımov və Aqşin Babayev, ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiq inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev, GİN sektor müdiri Kənan Kərimov, “WorldSkills” Azərbaycan platformasının nümayəndəsi Fərid Əliyev, Azərbaycan Skautlar Assosasiyasının İdarə heyətinin üzvü Xəqani Məmmədov, “Eşitmə və Nitq məhdudiyyətli şəxslərə sosial yardım” İB sədri Cəmilə Abdulova, Gözdən əlillər cəmiyyətinin nəznində Brayl resurs mərkəzinin tekniki direktoru Firuddin İmanov iştirak ediblər.
Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov öz çıxışında Dövlət Başçısı cənab İlham Əliyevin sosial sahələrlə bağlı müvafiq tapşırıqlar verdiyini, dövlət qurumlarının və cəmiyyətin bu sahədə böyük işlər gördüyünü qeyd edib. Abilimpiya Federasiyasının da bu sahədə görə biləcəyi işləri iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra gündəlikdə olan məsələlər ətrafında İcraiyyə Komitəsinin üzvləri çıxış etmişdirlər. Yekunda Milli Abilimpiya Federasiyasının 2021-ci il üçün fəaliyyət konsepsiyası qəbul edilmişdir. Konsepsiyaya uyğun olaraq tədbirlər planının hazırlanması tapşırılmışdır.