YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür | 1news.az | Xəbərlər
Siyasət

YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür

S.Xankişiyeva16:26 - 06 / 03 / 2021
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür

Yeni Azərbaycan Partiyasının (YAP) bir əvvəlki qurultayından ötən üç il ərzində respublikamızda, eləcə də regionumuzda bir sıra taleyüklü hadisələr yaşanıb.

Respublikamızda bu dövrdə prezident və parlament seçkilərinin keçirilməsi, bununla da ölkəmizdə aparılan islahatların daha bir mərhələyə daxil olması, sosial-iqtisadi sahələrdə əldə edilən mühüm uğurlar, eyni zamanda, ictimai-siyasi iqlimin daha da sağlamlaşdırılması, həmçinin Vətən müharibəsindəki parlaq qələbəmiz xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Bu möhtəşəm uğurla Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib, əzəli-əbədi ərazilərimizi işğalçıdan təmizləyib.

İkinci Qarabağ müharibəsində böyük Zəfərə vətəndaşlarımızın birlik və həmrəyliyi, xalq-Prezident sarsılmazlığı, şanlı Azərbaycan Ordusunun güc-qüdrəti nəticəsində nail olduq. Ordumuzun işğalçılara qarşı həyata keçirdiyi əks-həmlə əməliyyatları müasir hərb tarixinin ən parlaq səhifəsinə çevrildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Bütün bu reallıqların YAP-ın VII qurultayının keçirilməsi zərurətini gerçəkləşdirdiyini bildirən R.Mahmudov diqqəti Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin bununla bağlı qurultayda söylədiyi giriş nitqində bir məqama yönəldib: “Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq. Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur”.

Milli Məclisin deputatı bildirib ki, dövlətimizin başçısı nitqində vurğuladığı kimi, əvvəlki qurultaydan ötən müddət ərzində istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə nəzərdə tutulan bütün tədbirlər ardıcıllıqla həyata keçirilib və qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib. Nəticədə respublikada dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuz qazanıb. İstər Vətən müharibəsində tarixi qələbəmizin, istərsə də sosial-iqtisadi uğurların əldə edilməsində son 17 ildə ölkədə yaradılan sağlam ictimai-siyasi mühit, daxili sabitlik mühüm rol oynayıb. Bu önəmli amil Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasət, xalq-iqtidar birliyi hesabına reallaşıb. Eyni zamanda, bu uğura dövlətimizin sosial təminat, sosial ədalət məsələlərini daim diqqət mərkəzində saxlaması nəticəsində nail olunub. Ölkədə ictimai-siyasi sabitlikdən söz düşmüşkən, mühüm bir məqamı da vurğulamaq istərdim. Ötən dövr göstərdi ki, Azərbaycanda taleyüklü məsələlərin həlli zamanı heç bir fərqli fikrə rast gəlinmir. Məsələn, mən bunu deyəndə Vətən müharibəsində nəzərə çarpan siyasi partiyaların fəaliyyətini, cəmiyyətdə fərqli düşüncəli insanların Qarabağ həqiqətləri ətrafında sıx birləşməsini nəzərdə tuturam. Çünki istər YAP, istərsə də digər partiyalar Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman haqlı bir fikir, bir ideyanın– Azərbaycanın ədalət mübarizəsinin dəstəklənməsinin tərəfdarı olublar. Şübhəsiz ki, Azərbaycanın gələcək siyasi sisteminin təkmilləşməsində də bu amilin mühüm əhəmiyyəti var. Düzdür, bu sabitlik, əmin-amanlıq müəyyən xarici qüvvələri ciddi narahat edir. Ermənistan və onun havadarları daxildəki müəyyən qüvvələrin vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, vətəndaş qarşıdurması yaratmağa, ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə çalışırlar. Lakin onlar bu istəklərinə heç zaman çatmayacaqlar, Azərbaycanı məqsədlərindən heç nə ilə çəkindirə, ən başlıcası isə şanlı Ordumuzun möhtəşəm Qələbəsinə kölgə salmaq niyyətlərinə nail ola bilməyəcəklər.

Rəşad Mahmudov qurultaydakı çıxışlarda səslənən mühüm bir məqamı da xüsusi vurğulayıb. Bildirib ki, dövlətimizin qüdrətinin, iqtisadi gücünün artması, eyni zamanda, 44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi və Azərbaycanın bir dövlət kimi dünyada nüfuzunun artması bütün vətəndaşlarımız kimi, bir çox siyasi partiyalar tərəfindən də İlham Əliyev siyasətinin birmənalı şəkildə dəstəklənməsi ilə nəticələnib.

Beləliklə, milli birlik və həmrəyliyin təzahürü qurultayda da diqqət çəkib: altı partiyanın YAP-a qoşulmaq haqqında çıxardığı qərar iştirakçıların diqqətinə çatdırılıb. Bununla da belə bir təşəbbüsün reallaşması, şübhəsiz ki, Azərbaycanda milli birliyin, həmrəyliyin güclənməsinə, YAP-ın siyasi mövqeyinin daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək.

Paylaş:
265

Son xəbərlər

Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32
Bütün xəbərlər