Əfv komissiyasında indiyədək 750-dən çox müraciətə baxılıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfv komissiyasında indiyədək 750-dən çox müraciətə baxılıb – YENİLƏNİB

S.Xankişiyeva14:02 - 06 / 03 / 2021
Əfv komissiyasında indiyədək 750-dən çox müraciətə baxılıb – YENİLƏNİB

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 9-da keçiriləcək”.

Qeyd edək ki, indiyədək komissiya 750-dən çox müraciətə baxıb

10:26

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 6 iclası keçirilib və daxil olan müraciətlərin 650-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər