Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb – FOTO

S.Xankişiyeva09:12 - 09 / 03 / 2021
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb – FOTO

Kolumbiyanın ən aparıcı KİV-lərindən olan “El Pais” qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovla müsahibə əsasında “Azərbaycan və Kolumbiya əlaqələrini gücləndirir” başlıqlı yazı dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən 1news.az-a verilən məlumata görə, yazıda 26 fevral tarixində Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş və 600-dən çox mülki insanın həyatına amansızcasına son qoymuş Xocalı soyqırımının 29-cu ildönümünü yad etdiyi bildirilir.

Qeyd olunur ki, 30 ilə yaxın bir müddətdən sonra Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etməyə nail olmuş və bu nəticə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla rəsmiləşib.

Yazıda səfirə istinadən işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən tamamilə dağıdıldığı və Xirosima şəhərinin atom bombardmanından sonrakı durumunu xatırlatdığı, bu ərazilərdə Azərbaycana aid tarixi-mədəni irsin, eləcə də bütün yaşayış infrastrukturunun məhv edildiyi və hazırda Azərbaycan tərəfindən burada bərpa işlərinə başlanıldığı deyilir.

Təmsilçimizin sözlərinə istinadən, Kolumbiyanın Latın Amerikası regionunda Azərbaycanın ənənəvi tərəfdaşlarından biri olduğu, hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyət göstərdiyi bildirilir və ölkəmiz üçün olduqca vacib önəm daşıyan münaqişə məsələsində Kolumbiyanın tutduğu ədalətli mövqeyə görə minnətdarlıq ifadə olunur.


Paylaş:
329

Son xəbərlər

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:28Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11
Bütün xəbərlər