Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib - FOTO

Qafar Ağayev22:21 - 09 / 03 / 2021
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib - FOTO

Martın 9-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-nin) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, Sədr qonaqları səmimi salamlayaraq səfərin əlaqələrimizə yeni töhfə verəcəyinə ümidivar olduğunu bildirib. Spiker ötən həftə Bitlisdə baş verən helekopter qəzasında türk hərbçilərinin şəhid olması ilə bağlı qonaqların simasında türk xalqına, həyatını itirənlərin yaxınlarına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.

İki dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında münasibətlərin daim inkişaf etdiyini vurğulayan Sədr deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Qeyd edilib ki, Vətən müharibəsi dönəmində də Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərib, qardaş Türkiyə xalqı Azərbaycanın yanında yer alıb. Bu, Ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” ifadəsinin real həyatda bariz təcəssümü idi. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasındakı münasibətlərin dünya siyasi sistemində alternativi yoxdur. Ortaq dilə, dinə, mədəniyyətə, tarixə sahib xalqlarımız arasındakı bu münasibətlər əsl qardaşlıq ruhuna söykənir.

Münasibətlərimizin inkişafında parlamentlərin rolundan danışan Spiker hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, parlamentlər arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Sədr üçtərəfli formatda – Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin əməkdaşlığını əhəmiyyətli hesab edib. Bildirib ki, bu gün regional formatda görüşlərin keçirilməsi çox önəmlidir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç ölkəmizə səfərindən nümayəndə heyəti üzvlərinin məmnunluq duyduqlarını söyləyib. Qeyd edilib ki, Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dönəmində bütün türk xalqı kimi, türkiyəli millət vəkilləri də bölgədə baş verən hadisələri diqqətlə izləyib, qardaş Azərbaycanın uğurlarına seviniblər. Azərbaycanın hiss etdiyini Türkiyə də hiss edirdi. Biz Azərbaycanla qardaşlığımızı hər zaman duymuşuq.

Söhbətdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxış edərək beynəlxalq təşkilatlarda, regional qurumlarda ikitərəfli və çoxtərəfli formatlarda hər iki ölkə deputatlarının səmərəli əməkdaşlığı barədə fikirlərini bölüşüb, deputatlarımızın qarşılıqlı səfərlərini və mütəmadi görüşlərini yüksək dəyərləndiriblər.

Görüşdə TBMM-nin Xarici əlaqələr komitəsinin üzvləri Derya Bakbak, Ahmet Kamil Erozan, İsmail Özdemir, Utku Çakırözer, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
486

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər