Kafe və restoranlarda 1000-dən çox nöqsan aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kafe və restoranlarda 1000-dən çox nöqsan aşkar edilib

10:56 - 09 / 03 / 2021
Kafe və restoranlarda 1000-dən çox nöqsan aşkar edilib

Cari ilin 01 fevral-07 mart tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22642 monitorinq həyata keçirilmiş və 1109 nöqsan aşkar edilib.

Bu barədə 1news.az-a AQTA-dan bildirilib. Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkar edilib.

Ən çox aşkar olunmuş nöqsanlar:

İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %);

Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 124 (11%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilmiş və 3210 nöqsan aşkar edilib.

1news.az

Paylaş:
190

Son xəbərlər

Bütün xəbərlər