Peter Siyarto: “Macarıstanın Cənub Qaz Dəhlizindən istifadəsi vacibdir”
“2020-ci ilin sonunda yeni reallıq ortaya çıxdı, Cənub Qaz Dəhlizi istifadəyə verildi”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
P. Siyarto bildirib ki, bu ilin sonunda Macarıstan Cənub Qaz Dəhlizinə birləşəcək: “Macarıstan qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək. Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir. Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala və 2023-2024-cü illərdə Azərbaycan qazından asılı ola bilərik. Hətta SOCAR-la danışıqlar da başlanıb ki, lazımi kəmərlər tikilsin”.
1news.az
287