Vüqar Rəhimzadə: Təəssüf ki, erməni sevgisi Rusiya sülhməramlılarına missiyalarının mahiyyətini unutdurub | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Təəssüf ki, erməni sevgisi Rusiya sülhməramlılarına missiyalarının mahiyyətini unutdurub

17:58 - 10 / 03 / 2021
Vüqar Rəhimzadə: Təəssüf ki, erməni sevgisi Rusiya sülhməramlılarına missiyalarının mahiyyətini unutdurub

“Dağlıq Qarabağ münaqişəsi arxada qalıb. Artıq bu səhifə bağlanaraq qarşıdakı dövrün prioritetləri müəyyənləşdirilir.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib:

“Bu günümüzün əsas məsələsi Azərbaycanın möhtəşəm hərbi və siyasi Qələbəsini və Ermənistanın biabırçı kapitulyasiyasını təsdiq edən 10 noyabr üçtərəfli razılaşmasının əsas şərtlərindən olan Rusiya sülhməramlılarının öz missiyasını necə yerinə yetirməsidir. Reallıqda onların əsas missiyası bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək verməklə üzərinə düşən vəzifəni yerinə yetirməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyev Xocalı faciəsinin 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycan ictimaiyyətində haqlı narahatlıq doğuran məqamlara diqqəti yönəldərək bəzi mesajlarını çatdırmışdır.»

V.Rəhimzadə qeyd edib ki, sözügedən sülhməramlı kontingent fəaliyyətə başladığı gündən Ermənistana dəstəyini açıq-aşkar ortaya qoyaraq tərəfsizlik prinsipini kobud şəkildə pozmaqla Rusiyanın 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmüharibə dövründə sülh razılaşmasının əldə olunması istiqamətində göstərdiyi səylərin üzərinə kölgə salmaqla məşğuldur: «Rusiyalı sülhməramlılar dərk etməlidirlər ki, onlar bölgədə erməni sevgilərini ortaya qoymaq məqsədilə ssenarilər cızmaq, qeyri-adekvat hərəkətləri ilə Azərbaycan xalqının səbrini daşdırmaq üçün yerləşdirilməyiblər. Bu, artıq beynəlxalq səviyyədə qəbul olunmuş qaydadır ki, sülhməramlılar tərəfsiz olmalıdırlar. Məsələyə bu kontekstdən yanaşsaq açıq-aşkar görərik ki, Rusiya sülhməramlılarının fəaliyyət istiqamətləri 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatla təsbit olunub. İrəvandan Xankəndiyə erməni daşımaq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə gül-çiçək dəstəsi ilə təbrik etmək sülhməramlıların vəzifəsi deyil. Rusiya sülhməramlıları bu mühüm məqamı da unutmamalıdırlar ki, onların bir vəzifələri də bölgəni silahsızlaşdırmaq, tərəflər arasında atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək, dinc vətəndaşların, xüsusilə Qarabağa Böyük Qayıdışa hazırlaşan azərbaycanlıların təhlükəsizliyini qorumaqdır. Amma görünən odur ki, onların atdıqları bəzi addımlar missiyalarına uyğun deyil. 10 noyabr razılaşmasının tələblərinin Rusiya sülhməramlıları tərəfindən gizli, yaxud açıq şəkildə pozulması rəsmi Moskvanı düşündürməli, vəzifəsi bölgədə dayanıqlı sülhü və təhlükəsizliyi bərpa etmək olan sülhyaratma qüvvələrinin fəaliyyətində bitərəfliyə nail olmaq üçün ciddi addımlar atılmalıdır.»

Baş redaktor bildirib ki, postmüharibə dövrünün reallıqlarından bəhs edərkən cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində, eyni zamanda, bu günlərdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsinin vacibliyinə toxunub. Azərbaycan lideri aydın şəkildə xalqların sülh şəraitində yaşamasını təmin edəcək belə bir konstruktiv model təklifini ortaya qoyduğu halda Rusiya sülhməramlılarının birtərəfli mövqe nümayiş etdirməsi sual doğurmaya bilməz. Missiya unutmamalıdır ki, bu torpaqların sahibi Rusiya və Ermənistan deyil, Azərbaycandır.

V.Rəhimzadə qeyd edib ki, bizim qeyd etdiyimiz məqamlar, necə deyərlər, aysberqin yalnız görünən tərəfləridir: «Yaxşı olar ki, Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının şərtlərinə uyğun olaraq soydaşlarımızın işğaldan azad edilmiş ərazilərimizə qaytarılması prosesini həyata keçirməyə dəstək olmaq üçün bölgədə təhlükəsizliyin təminatında mühüm rol oynayacaq minalardan təmizlənmə işinin sürətləndirilməsi üçün Ermənistandan minalanmış sahələrin xəritələrini almağa yardımçı olsunlar: «O zaman missiyalarının adında özünü ehtiva edən mənanın yükünü dərk edər, ən əsası 30 ilə yaxın müddətdə erməni sevgilərinin sonda hansı nəticəyə gətirib çıxardığını bir anlıq da olsa düşünərlər. Bu gün Qarabağ bölgəsində hələ də erməni yaraqlılarının qalmasına sülhməramlıların seyrçi mövqedən yanaşması haqlı olaraq Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur. Hesab edirəm ki, 10 noyabr razılaşmasında tərəf kimi Rusiya həm Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, həm də regiondakı fəaliyyətində bu torpaqların əzəli sahibi olan Azərbaycan dövlətinin və xalqının maraqlarını öndə saxlamalıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə bu faktı bir daha əyani şəkildə çatdırdı. Tarixi Qələbəmizdən sonra Prezident İlham Əliyevin bütün çıxışlarında Ermənistanın hər hansı revanşist addımına veriləcək adekvat cavabı xatırlatması da səbəbsiz deyil. Bu, işğalçı dövlətə və ona hələ də yardım göstərmək istəyənlərə ciddi mesajdır».

1news.az

Paylaş:
273

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər