Kamaləddin Qafarov: “Yeni Azərbaycan Partiyası yeni strateji hədəflər müəyyən etdi” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Yeni Azərbaycan Partiyası yeni strateji hədəflər müəyyən etdi”

S.Xankişiyeva09:25 - 10 / 03 / 2021
Kamaləddin Qafarov: “Yeni Azərbaycan Partiyası yeni strateji hədəflər müəyyən etdi”

“Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkənin ictimai-siyasi həyatında baş vermiş çox mühüm bir hadisədir. Hakim partiyanın ali forumunun keçirildiyi hazırkı dövr Azərbaycan üçün son dərəcə əlamətdardır.

İlk növbədə ölkəmiz Vətən müharibəsində əldə olunmuş tarixi qələbə ilə öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu hadisə Cənubi Qafqazda yeni reallıqların yaranmasına və bütün region ölkələrinin, o cümlədən Azərbaycanın inkişafında tamamilə yeni perspektivlərin açılmasına səbəb olmuşdur. Vətən müharibəsində tarixi Qələbəmizi təmin edən əsas amillərdən biri də ölkədə siyasi həmrəyliyə nail olunmasıdır. Məhz bu baxımdan da Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusilə mühüm əhəmiyyət kəsb edir.”

Bu sözləri 1news.az-a verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, ölkəmizin həm siyasi, həm də iqtisadi cəhətdən son dərəcə zəif olduğu və bir çox səbəblərdən yeni əldə etdiyi müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qaldığı bir vaxtda xalqın ən fədakar və vətənpərvər övladlarının ulu öndər Heydər Əliyevin ətrafında birləşməsindən yaranmış Yeni Azərbaycan Partiyası həm də əsl ümumxalq birliyinin bariz təcəssümü kimi formalaşmış bir siyasi qüvvədir: “Prezident İlham Əliyevin də öz giriş nitqində qeyd etdiyi kimi, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar ulu öndər Heydər Əliyevə müraciət etməklə, əslində, Azərbaycanı məhv olmaqdan qurtarmış oldular. Bu hadisədən bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezident vəzifəsinə seçildi və bundan sonra ölkəmizin böhrandan çıxma prosesi başladı. Biz bu tarixi davamlı olaraq öyrənməli və gələcək nəsillərə öyrətməliyik. Çünki bizim əsl müstəqillik tariximizin başlanğıc nöqtəsi məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışıdır. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də bir dövlət kimi mövcud olmazdı. Mən bu məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm ki, 1992-ci ildə ulu öndər Heydər Əliyevin ətrafında formalaşmış birlikdən yaranan Yeni Azərbaycan Partiyası, əslində, bu gün ölkəmizdə müşahidə olunan milli birliyimizin bariz təcəssümüdür. Həqiqətən də, 1993-2003-cü illər Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarının qurulması baxımından ölkəmiz üçün həlledici illər olmuşdur. 2003-cü ildə Azərbaycan xalqı yenə də Heydər Əliyev siyasətinə səs verərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etimad göstərmişdir. Bu gün isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəyliyimiz ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən yeganə düzgün siyasəti nəticəsi olaraq indiyə qədər müşahidə olumayan bir səviyyədə təzahür etməkdədir.”

Kamaləddin Qafarov həmçinin 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasını da dövlət başçısı tərəfindən həyata keçirilən mütərəqqi siyasi islahatların bir nəticəsi və eyni zamanda da hakim partiyaya qarşı olan inam və etimad göstəricisi kimi dəyərləndirmişdir: “Aydındır ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdəndir. Hələ keçən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda, demək olar, bütün siyasi qüvvələr iştirak edir. Diqqətəlayiq haldır ki, müharibədən əvvəl başlamış bu siyasi dialoq müharibə dövründə daha da güclənmişdir. Bu gün də ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Ölkədə siyasi qüvvələr arasında sağlam dialoqun qurulmasına xidmət edən mütərəqqi siyasi islahatların keçirilməsi əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər qurmasına yol açmışdır. Təbii ki, bu zəmində həmin partiyalar arasında bir çox məsələlərdə və ilk növbədə ümummilli maraqlara bağlı məsələlərdə vahid baxış və mövqelərin formalaşması tamamilə məntiqə uyğun bir haldır. O cümlədən, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasının bariz nümunəsi, dövlət başçısının “Biz birlikdə güclüyük!” konsepsiyasının əsl ümumxalq ideologiyasına çevrilməsinin əsaslı sübutudur. Eyni zamanda da etiraf olunmalıdır ki, bu siyasi inteqrasiya birbaşa iqtidar partiyasına olan etibar və inamdan irəli gəlmişdir.”

Millət vəkili K.Qafarov belə bir məqamı da vurğulayıb ki, Prezident İlham Əliyev öz yekun çıxışında Zəngəzur dəhlizi ilə bağlı mövcud vəziyyətə toxunmaqla Azərbaycanın heç kəsə Vətən müharibəsinin nəticələri ilə spekulyasiya etmək imkanı verməyəcəyinə dair bütün dünyaya daha bir xəbərdarlıq mesajı ünvanlamış oldu:

“Bu gün təəssüflər olsun ki, Ermənistan tərəfindən mövcud reallıqlara, Azərbaycanın yaratdığı yeni reallıqlara hələ də qeyri-konstruktiv yanaşma sərgilənməkdədir. O cümlədən, məlum Üçtərəfli Bəyanatın bəzi müddəalarına əməl olunması ləngidilir və onlarıa yenidən baxılmasına cəhdlər olunur. Lakin Prezident İlham Əliyev Azərbaycanın bu xüsusda mövqeyinin qəti və birmənalı olduğunu öz çıxışlarında dəfələrlə qeyd etmişdir. YAP-ın VII qurultayındakı yekun çıxışında da bu məsələyə toxunan dövlət başçısı bu dəfə ölkəmizin konkret olaraq Zəngəzur dəhlizi ilə bağlı planları barədə açıqlama vermişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Zəngəzur dəhlizi açılması ideyası tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır. Beləliklə də, ölkə Prezidenti növbəti dəfə Azərbaycanın öz qanuni haqqının təmin olunmasında heç kimə güzəştə getməyəcəyini açıq şəkildə bəyan etmişdir.”

Paylaş:
689

Son xəbərlər

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:28Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11
Bütün xəbərlər