İnternetdə bir doza Covid-19 vaksini 500 dollara satılır | 1news.az | Xəbərlər
Cəmiyyət

İnternetdə bir doza Covid-19 vaksini 500 dollara satılır

S.Xankişiyeva11:13 - 10 / 03 / 2021
İnternetdə bir doza Covid-19 vaksini 500 dollara satılır

Kaspersky 15 kölgə saytını araşdırıb və üç növ patentləşdirilmiş koronavirus peyvəndi - Pfizer / BioNTech, AstraZeneca və Modernanın, eyni zamanda hələ patentləşdirilməmiş bəzi digər peyvəndlərin satışına dair elanlar aşkarlayıb. Bir nəfər üçün bir dozanın qiyməti 250-1200 dollar arasında dəyişir və ortalama 500 dollara təklif olunur.

1news.az-ın Kaspersky-dən verilən məlumata görə, elanlar əsasən Fransa, Almaniya, İngiltərə və ABŞ-dan gəlir. Satıcılarla ünsiyyət üçün mesajları taymerlə silmək funksiyasına malik etibarlı messencerlərdən istifadə olunur. Ödəniş əsasən bitkoinlərlə tələb olunur. Əməliyyatların təhlilinə əsasən, Kaspersky tərəfindən aşkarlanan bir çox elan müəllifi 100-dən 500-ə qədər əməliyyat həyata keçirib.

“Darknetdəki [anonim iştirakçılardan ibarət gizli şəbəkə] peyvənd satışı elanlarının skam olub-olmaması və ya alıcıların həqiqətən axtardıqlarını əldə edib-etməməsi barədə qəti bir nəticə çıxarmaq mümkün deyil. Bu elanlardan bəzilərinə müsbət rəylər yazılıb. Bəzi əməliyyatlar nəticəsində insanların həqiqətən də istədikləri məhsulu aldıqlarını düşünmək olar. Nəzəri cəhətdən bu mümkündür, çünki dünyanın müxtəlif yerlərindəki xəstəxanalarda bəzən peyvənd paketi açıldıqdan sonra istifadə olunmamış dozalar qalır. Bununla belə, peyvəndin düzgün saxlanılması üçün bütün şərtlərin yerinə yetirildiyinə dair bir zəmanət əldə etmək mümkün deyil. Ampulaların içində həqiqətən də peyvəndin satıldığına dair bir zəmanət də yoxdur,” deyə Kaspersky-nin kiber təhlükəsizlik üzrə mütəxəssisi Dmitri Qalov bildirib.

Qara bazarda saxta peyvənd sertifikatları da satılır. Məsələn, Avropa sertifikatı nümunəsinin müvafiq sənədinin qiyməti təxminən 20-25 ABŞ dollarıdır. Bundan əlavə, bəzi ölkələrdə, məsələn, ofisə getmək və ya işgüzar səfərlər, məzuniyyət gəzintiləri üçün COVID-19-a yoluxmama barədə arayış tələb olunur. Darknetin rus dilində danışan seqmentində bu sənədin qiyməti 3500-5000 rubl (47-67 ABŞ dolları) arasında qiymətləndirilir.

***

Əlavə məlumat və şərhlər üçün Kaspersky mətbuat xidməti ilə ([email protected]) və ya +74957978700 nömrəli telefonla əlaqə saxlayın. Mətbuat xidmətinin Telegramdakı rəsmi kanalına (@Kaspersky4media) abunə olun və xəbərlərimizi sosial şəbəkələr və rəsmi mənbələrdə izləyin.

Paylaş:
251

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər