Nazirliyin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirliyin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər

12:31 - 10 / 03 / 2021
Nazirliyin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər

Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər.

Nazirlikdən verilən məlumata görə, martın 10-da təhsil nazirinin müşaviri Nigar Bağırlı və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ötən gün intihar edən Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdlərinin ailələrinə baş çəkib, valideyn və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

1news.az

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər