Komitə sədri: “2020-ci ildə Azərbaycan 3 cəbhədə mübarizə aparıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri: “2020-ci ildə Azərbaycan 3 cəbhədə mübarizə aparıb”

Qafar Ağayev12:18 - 16 / 03 / 2021
Komitə sədri: “2020-ci ildə Azərbaycan 3 cəbhədə mübarizə aparıb”

“2020-ci ildə Azərbaycan 3 cəbhədə mübarizə aparıb və buna kifayət qədər resurslarını səfərbər edib”

1news.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, strateji layihələrin həyata keçirilməsini, ordu quruculuğunun təkmilləşdirilməsinin davam etdirilməsini müsbət qiymətləndirilir.

“Dəstək proqramları nəticəsində iqtisadiyyatın zəifləməsinin qarşısı alınıb. Yaranan bütün çətinliklərə baxmayaraq, illik inflyasiyasının 2,8 % təşkil etməsi, manata olan təzyiqlərini dəf edilməsi təqdirəlayiqdir” – komitə sədri deyib.

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər