Avtomobillərdən oğurluq edən şəxslər tutulub
Paytaxtın Binəqədi və Suraxanı rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 5-dən 24-dək olan müddətdə rayon ərazisində “Mercedes” markalı bir avtomobildən maqnitofon, iki həyətyanı sahədən isə 160 manat dəyərində üç ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini T.Allahverdiyev saxlanılıb.
Martın 24-də Suraxanı rayonu ərazisində isə vətəndaşa məxsus “Hyundai” markalı avtomobildən 1070 manat dəyərində mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov rayon polis idarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı təhqiqat davam etdirilir.