Dünyada koronavirusa yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı açıqlanıb

09:18 - 30 / 03 / 2021
Dünyada koronavirusa yoluxanların sayı açıqlanıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 518 mindən çox artıb.

1news.az-ın xəbərinə görə, AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 518 min 201 nəfər yeni koronavirusa yoluxub, 8 min 923 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 126 milyon 890 min 540, ölənlər isə 2 milyon 778 min 619 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər