Cavid Qurbanov: “Bütün bu addımlar dövlət şirkətlərinin təkmilləşdirilməsinə xidmət edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Cavid Qurbanov: “Bütün bu addımlar dövlət şirkətlərinin təkmilləşdirilməsinə xidmət edir”

Qafar Ağayev17:58 - 31 / 03 / 2021
Cavid Qurbanov: “Bütün bu addımlar dövlət şirkətlərinin təkmilləşdirilməsinə xidmət edir”

"Azərbaycan Dəmir Yolları" QSC-də növbəti kollegiya iclası keçirilib.

QSC-dən 1news.az-a verilən məlumata görə, videoformatda təşkil olunan konfransda əvvəlcə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov son illərdə görülən işlər və qarşıda duran məsələlər barədə danışıb. Cəmiyyət sədri Prezident İlham Əliyevin sərəncamları əsasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair tapşırıq və öhdəlikləri diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət başçısının fərmanı ilə “Azərbaycan İnvestisiya Holdinqi”nin yaradılması ölkəmizdə həyata keçirilən davamlı struktur islahatlarının iqtisadiyyatın səmərəliliyinin daha da artırılmasına töhfə verəcək.

Cəmiyyət sədri dövlət müəssisələrinin fəaliyyətində, eləcə də dəmir yolu sektorunun inkişafı və səmərəliliyin yüksəldilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb. Prezident İlham Əliyevin 2021-ci il, fevralın 12-də imzaladığı sərəncamla “Azərbaycan Dəmir Yolları” QSC-nin də Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildiyini deyən Cavid Qurbanov vurğulayıb ki, bütün bu addımlar dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.

Bu qərarlar həyata keçirilən investisiya proqramlarının iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlığının yaxşılaşdırılmasına təsirini göstərəcək.

İclasda dövlət başçısının sərəncamlarında nəzərdə tutulan məsələlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə müvafiq struktur bölmələrə aidiyyatı üzrə göstərişlər verilib. Hüquq, maliyyə, insan resursları, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr barədə hesabatların hazırlanması və təqdim edilməsi tapşırılıb.

Sədr “Azərbaycan Dəmir Yolları” QSC kollektivinin üzərinə düşən öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcəyinə və qarşıda qoyulan tapşırıqların vaxtında və dəqiq həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Paylaş:
493

Son xəbərlər

Müdafiə Naziri: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir25 / 06 / 2024, 22:27Dövlət başçısı bəzi hərbi qulluqçulara ali hərbi rütbə verdi25 / 06 / 2024, 22:23Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi25 / 06 / 2024, 22:20Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib25 / 06 / 2024, 22:11Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib25 / 06 / 2024, 21:47Müəllimlərin sertifikasiya imtahanlarında zəif nəticə göstərən bölgələr açıqlanıb25 / 06 / 2024, 17:50SABAH qrupları bakalavriat səviyyəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə elan olunur25 / 06 / 2024, 17:39Milli Məclisin 28 iyunda keçiriləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI25 / 06 / 2024, 17:27Agentlik monitorinq keçirdi - Bəzi dondurmalarda bakteriya aşkar edilib - FOTO25 / 06 / 2024, 17:12PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub - FOTO25 / 06 / 2024, 17:06Xidmət rəisindən güclü küləklə bağlı əhaliyə müraciət25 / 06 / 2024, 16:56AFFA iki kluba texniki məğlubiyyət verib25 / 06 / 2024, 16:49Ərdoğan və Putin arasında telefon danışığı olub25 / 06 / 2024, 16:45Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib25 / 06 / 2024, 16:17Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhid dəfn ediləcək25 / 06 / 2024, 16:12“Aİ-92” benzinin və dizelin qiyməti artırılır?25 / 06 / 2024, 16:00Paytaxtın bəzi yollarında avtobusların hərəkəti məhdudlaşdırıldı25 / 06 / 2024, 15:45Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən və nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə xitam veriləcək25 / 06 / 2024, 15:35Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib - VİDEO25 / 06 / 2024, 15:10Əlillərə verilən avtomobillərin satılması və bağışlanması qadağan olunub25 / 06 / 2024, 15:08
Bütün xəbərlər