ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

Qafar Ağayev17:51 - 01 / 04 / 2021
ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

ADA Universitetində onun Karyera Mərkəzi tərəfindən Karyera Hazırlığı Həftəsi keçirilir. Bu gündən etibarən başlayan Karyera Hazırlığı Həftəsi aprelin 10-dək davam edəcək.

1news.az xəbər verir ki, Tədbir çərçivəsində maliyyə, bankçılıq, istehlak, informasiya və telekommunikasiya, audit və konsaltinq sahələrində fəaliyyət göstərən 14 yerli və xarici müəssisənin, şirkət, beynəlxalq təşkilat və dövlət qurumunun yüksək ixtisaslı peşəkarları onlayn təlim və seminarlar keçəcəklər.

ADA tələbələrinin iş mühitinə asanlıqla keçidini təmin edən bu Peşəkar Hazırlıq kursu PAŞA Bankın baş sponsorluğu ilə həyata keçirilir.

Tədbirdə təmsil edilən tərəfdaş qurumlar sırasında "ATL Tech", Azərbaycan Beynəlxalq Bankı, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi, "Caspian Innovation Center", “Deloitte & Touche”, “DOST” Agentliyi, "EKVITA", Elektron Hökumətin İnkişafı Mərkəzi, “Ernst & Young”, "Eurodesign", ​Kapital Bank, PAŞA Bank, "Unilever" və "Yelo" Bankı qeyd etmək olar.

Peşə fəaliyyətinə başlamağa hazır gəncləri bir araya gətirən Karyera Proqramında ADA Universitetinin 250-dən çox ikinci, üçüncü və dördüncü kurs bakalavr tələbəsi iştirak edir. Lakin həmin tələbələr akademik göstəricilərinə, gələcək karyera hədəfləri və maraq dairələrinə, eləcə də ünsiyyət bacarıqlarına müvafiq olaraq 18 nəfərlik fərqli qruplara bölünüblər. Həmin qrupların təsnifatına uyğun olaraq Karyera Həftəsində təmsil edilən müvafiq şirkətlərin rəsmi nümayəndələri təlimlər keçəcək, onları təmsil etdikləri sektor üzrə yeni trendlər, karyera fürsətləri, eləcə də əmək bazarının dəyişkən tələbləri barədə məlumatlandıracaq. Məqsəd tələbələrin peşəkar iş mühitinə keçidini dəstəkləmək, onları zəruri bilik və bacarıqlarla təmin etmək, tələbələri gələcək peşəkarlar kimi yetişdirməkdir.10 günlük təlimlərin sonunda qruplar üzrə ən uğurlu 3 nəfər tələbə seçilərək mükafatlandırılacaq.

Karyera Hazırlığı Həftəsi çərçivəsində keçiriləcək sonuncu tədbir Virtual Karyera Sərgisidir. 15-16 aprel tarixlərində keçiriləcək Sərgidə 50-dən çox yerli və beynəlxalq statuslu şirkət ADA-nın 1500-ə yaxın tələbə və məzununa müxtəlif karyera fürsətləri təqdim edəcək.

Qeyd edək ki, ADA Universiteti nəzdində 2009-cu ildən fəaliyyət göstərən Karyera Mərkəzi, ADA tələbələrinin öz karyera istiqamətlərini müəyyənləşdirməsində və planlaşdırmasında, onların rəqabətədavamlı kadrlar kimi yetişməsində xüsusi rol oynayır. Hər il mütəmadi olaraq keçirilən Karyera Sərgiləri vasitəsilə Karyera Mərkəzi ​işəgötürənlə tələbələr arasında körpü rolunu oynayır. Bunun nəticəsidir ki, ADA Universitetinin məzunlarının məşğulluq səviyyəsi 90 faizdən yuxarıdır.

Paylaş:
588

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər