“İrəli” İB “All Digital Month” layihəsinin növbəti vebinarını keçirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrəli” İB “All Digital Month” layihəsinin növbəti vebinarını keçirdi

Qafar Ağayev13:51 - 05 / 04 / 2021
“İrəli” İB “All Digital Month” layihəsinin növbəti vebinarını keçirdi

"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "All Digital Month" (Rəqəmsal Ay) layihəsi çərçivəsində III onlayn vebinar baş tutub. Vebinarın mövzusu "Media savadlılığı" olub.

1news.az xəbər verir ki, "İrəli" İctimai Birliyinin mətbuat katibi və idarə heyətinin üzvü Əfsanə Şükürova vebinarda media savadlılığı mövzusunda məruzə edib, layihə iştirakçıları ilə öz təcrübəsini bölüşüb. "Media savadlılığı", "fake news-la mübarizə", "medianın əhəmiyyəti", "sosial mediada yazılanlara necə etibar etmək olar", "media etikası", "mətbuat dili" haqqında məlumat əldə edən gənclər onları maraqlandıran suallara cavab tapıblar.

Birliyin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, eyni zamanda mövcud vəziyyətdə gənclərin fərqli istiqamətlərdə maarifləndirilməsi, rəqəmsal marketinq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlayn resurslar haqqında məlumatlılığının artırılması, peşəkar təlimçilər tərəfindən keçiriləcək görüş və təlimlərdə iştirak edərək bu sahələr üzrə biliklərə yiyələnməsidir.

Qeyd edək ki, layihə 25 mart -25 aprel tarixlərini əhatə edir. Ötən mövsüm uğurla həyata keçirilən layihədə 30-dan çox gənc iştirak edib müxtəlif bilik və bacarıqlara yiyələniblər.

Bütün bu fəaliyyətlərdən daha geniş məlumatlı olmaq üçün "İrəli" İctimai Birliyinin sosial media hesablarını izləmək kifayətdir: https://www.facebook.com/IRELI1/

Paylaş:
505

Son xəbərlər

Nəsimidə körpünün üstündə qəzaya görə hərəkətə məhdudiyyət qoyuldu - FOTOBu gün, 17:47Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olubBu gün, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşulduBu gün, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİBBu gün, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıbBu gün, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandıBu gün, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?Bu gün, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edibBu gün, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edibBu gün, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam veribBu gün, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edibBu gün, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edibBu gün, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olubBu gün, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olubBu gün, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olubBu gün, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçiriliribBu gün, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilibBu gün, 15:59İqlim qəhrəmanları - FOTOBu gün, 15:56Sahibkarların KOB evlərinə müraciətləri və marağı artırBu gün, 15:50
Bütün xəbərlər