“Moody's” Azərbaycanın reytinq üzrə proqnozunu yaxşılaşdırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Moody's” Azərbaycanın reytinq üzrə proqnozunu yaxşılaşdırıb

S.Xankişiyeva16:23 - 06 / 04 / 2021
“Moody's” Azərbaycanın reytinq üzrə proqnozunu yaxşılaşdırıb

"Moody's Investors Service" ("Moody's") şirkəti Azərbaycanın emitentin və üstün hüquqa malik borc üzrə uzunmüddətli reytinqlərini "Ba" səviyyəsində təsdiqləyib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "Moody's" ölkənin sözügedən reytinqlər üzrə proqnozunu "stabil"dən "müsbətə" yüksəldib. "Müsbət" proqnoz şirkətin ölkədə idarəetmənin və xüsusilə siyasət effektivliyinin artması üzrə yeni qiymətləndirməsini əks etdirir və bunun dövlətin kredit profilinin dayanıqlığını artıra biləcəyin istisna etmir.

"Xüsusilə, monetar və makro siyasət çərçivəsindəki irəliləyiş xarici sektorun və şoklarla qarşı-qarşıya qalıb bank sektorunun sabitliyi təmin edə bilər. Eyni zamanda, böyük maliyyə buferlərinin effektiv istifadəsi dövriyyə xərclərinin qarşısını almağa və büdcə və dövlət borcu üzrə göstəricilərinin pisləşməsini məhdudlaşdırmağa kömək edəcək", - şirkətin məlumatında deyilir

Sözügedən reytinqlərin "Ba" səviyyəsində təsdiqi isə, ölkənin güclü xalis kreditor mövqeyini dəstəkləyən kredit göstəricilərini balanslaşdırır. Bu ölkənin maliyyə gücünü dəstəkləyir və dövlətin likvidliyini və xarici şoklara həssaslıq risklərini və nisbi daxili riskləri azaldır. Bundan əlavə, siyasi sabitlik neft və qaz layihələrinin həyata keçirilməsinə şərait yaratsa da, iqtisadi şaxələndirmənin üçün məhdud perspektivlər, uzun müddət davam edən institusional və idarəetmənin zəif cəhətləri hələ də mövcuddur.

Qeyd edilir ki, Azərbaycanın yerli və xarici valyuta ölkə tavanı müvafiq olaraq "Baa3" və "Ba2" səviyyəsində qalır.

Paylaş:
360

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər