Sevinc Fətəliyeva: “Şuşaya “İsgəndər” raketinin atılması növbəti bir cinayətdir” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Şuşaya “İsgəndər” raketinin atılması növbəti bir cinayətdir”

16:37 - 06 / 04 / 2021
Sevinc Fətəliyeva: “Şuşaya “İsgəndər” raketinin atılması növbəti bir cinayətdir”

“Məlumdur ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutub. Gəncə, Bərdə, Tərtər şəhərləri böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurulub. Bunun nəticəsində mülki infrastruktura ciddi ziyan deyib, xeyli sayda dinc insan həlak olub. Yəni, Ermənistan kimi ölkələrə müasir silahların verilməsinin mənfi nəticələri 44 günlük müharibə dövründə bir daha özünü göstərdi”.

1news.az xəbər verir ki, Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Ermənistanın qadağan olunmuş silahlarla cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə hücumlar həyata keçirib. Bu, onların faşist mahiyyətinin növbəti sübutudur: “Şuşa şəhərində qalıqları tapılmış “İsgəndər-M” raketi ilə bağlı məsələyə gəldikdə isə açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər-M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İsgəndər-E” raket kompleksi verib. Bununla müqayisədə “İsgəndər-M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir. Amma belə olan halda, ortaya sual çıxır ki, əgər Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Onu da nəzərə almaq lazımdır ki, həmin dövrlərdə Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi, habelə bu prosesdə erməniəsilli Rusiya vətəndaşlarının iştirakı ilə bağlı fikirlər də səsləndirilirdi”.

Millət vəkilinin sözlərinə görə, beynəlxalq qanunvericiliyə əsasən münaqişə tərəflərinə bu tipli slahların satılması qadağandır.

“Eyni zamanda, bu silahdan istifadə edilməsi də yolverilməzdir. Ona görə də, qarşı tərəf “İsgəndər” raketindən istifadə etdiyi üçün məsuliyyət daşıyır. Bu onların cinayətidir. Hesab edirəm ki, müvafiq beynəlxalq təşkilatlar bu məsələdə səssiz qalmamalı, məsələni araşdırmalı və lazımi qiymət verməlidir. Hazırda Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə cinayət törədir. Bununla yanaşı, Şuşaya “İsgəndər” raketinin atılması növbəti bir cinayətdir. Beynəlxalq qurumlar tərəfindən bu silahın Ermənistana verilməsi və ondan istifadə olunması ciddi şəkildə araşdırılıb öz hüquqi qiymətini almalıdır”, -deyə S.Fətəliyeva vurğulayıb.

Paylaş:
473

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər