Neftçalada vaksinasiya tədbirləri uğurla həyata keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada vaksinasiya tədbirləri uğurla həyata keçirilir - FOTO

Qafar Ağayev17:28 - 08 / 04 / 2021
Neftçalada vaksinasiya tədbirləri uğurla həyata keçirilir - FOTO

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Neftçala rayonunda da Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” na uyğun olaraq, əhalinin COVİD-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla və böyük ruh yüksəkliyi ilə davam etdirilir.

1news.az xəbər verir ki, vətəndaşların vaksinasiya olunması üçün Neftçala RMX PHŞ-də hər bir vasitə ilə təmin edilmiş xüsusi otaqlar yaradılıb.

Vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun şəkildə prosesə qatılmaları məqsədilə bütün zəruri tədbirər həyata keçirilib. Bu günə qədər 5000-dən artıq rayon sakini peyvənd olunub. Qeyd edək ki, Neftçala Rayonu İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar tərəfindən əhali arasında COVİD -19 əleyhinə vaksinasiya barədə aktiv maarifləndirmə və təbliğat tədbirləri həyata keçirilir. Neftçala rayon sakinləri vaksinasiyanın onların sağlamlıqları üçün vacib olduğunu nəzərə alaraq, bu prosesdə xüsusi fəallıq göstərirlər.

COVİD-19 əleyhinə peyvənd olunmuş vətəndaşlar vaksinasiya prosesinin ən yüksək səviyyədə təşkil edilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarıqlarını ifadə edirlər.

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər