Nazir: Onlar hərbi əsir deyil, cinayətkardır
"Hərbi əsirlər mövzusu həlli tapıb" .
1news.az xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Azərbaycan öz öhdəliklərə məsuliyyətli yanaşan bir ölkdədidir. Noyabrın sonunda üçtərəfli bəyanata əsasən Azərbaycan Ermənistan tərəfə 70-ə yaxın hərbi əsir təqdim etdi. Hətta Azərbaycan Ermənistana işğaldan azad olunan torpaqlarda olan mülki şəxsləri də təqdim edib. Ermənistan isə Azərbaycan 12 hərbi əsir təqdim etdi".
Nazir deyib ki, Ermənistan tərəfi əsirlərlə bağlı spekulyasiya ilə üçtərəfli bəyanatı pozmağına haqq qazandırmağa çalışır.
"Azərbaycandan saxlanılan şəxslər hərbi əsir deyil, onlar hərbi əməliyyatlar bitəndən sonra Azərbaycan ərazilərinə daxil olaraq cinayət törədiblər"
377