Mikayıl Cabbarovun iştirakı ilə yerli resurslardan iqtisadi inkişafda səmərəli istifadə olunması müzakirə edilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarovun iştirakı ilə yerli resurslardan iqtisadi inkişafda səmərəli istifadə olunması müzakirə edilib - FOTO

S.Xankişiyeva16:42 - 09 / 04 / 2021
Mikayıl Cabbarovun iştirakı ilə yerli resurslardan iqtisadi inkişafda səmərəli istifadə olunması müzakirə edilib - FOTO

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, özəl sektorun inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın (KOB) iqtisadiyyatda rolunun artırılması məqsədilə sistemli islahatlar həyata keçirilir, bu sahəyə dövlət dəstəyi gücləndirilir.

İqtisadiyyat Nazirliyindən 1news.az-a bildirilib ki, regiona səfər çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevlə görüşündə Yevlaxda kiçik və orta biznesin inkişafı, yerli resursların fəal dövriyyəyə cəlb olunması, Yevlax Pilot Aqroparkının yaradılması, bu sahədə kiçik və orta biznesin iştirakı məsələləri müzakirə edilib.

Qeyd edək ki, aqroparkın fermerlər üçün ayrılacaq sahəsində hər biri 20 hektarda olmaqla 55 fermer təsərrüfatının təşkili, sənaye təyinatlı sahədə isə sahibkarlıq subyektləri tərəfindən emal müəssisələrinin qurulması nəzərdə tutulur.

Mingəçevirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla yerli ehtiyatlardan səmərəli istifadə olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, Mingəçevir turizm klasterinin yaradılması məsələlərini müzakirə edib.

Səfər zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik fabriklərində istehsal prosesi ilə tanış olub, istehsalın həcminin artırılması, yeni istehsalat sahələrinin və iş yerlərininyaradılması məsələləri müzakirə edilib.

Mingəçevir Sənaye Parkının ərazisində “Mingəçevir Tekstil” MMC-nin iki iplik istehsalı fabriki fəaliyyət göstərir. 14,5 hektar sahədə təşkil edilmiş və investisiya dəyəri 93,5 milyon ABŞ dolları olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir avadanlıqlarla təchiz olunmuş və Almaniya, İsveçrə, Yaponiya və Türkiyənin qabaqcıl texnologiyaları əsasında fəaliyyət göstərən müəssisələrdə 450-dən çox işçi çalışır. İllik istehsal gücü 20 min ton olan fabriklərdə pambıq mahlıcından müxtəlif çeşiddə iplik istehsal olunur. Fabriklərdə yerli xammaldan istifadə edilir. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, Türkiyə və digər ölkələrə ixrac olunur.

Paylaş:
370

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər