Qazaxıstanlı nazir müavini ilə Hikmət Hacıyev arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstanlı nazir müavini ilə Hikmət Hacıyev arasında görüş keçirilib

Qafar Ağayev17:25 - 09 / 04 / 2021
Qazaxıstanlı nazir müavini ilə Hikmət Hacıyev arasında görüş keçirilib

Bu gün Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirin Müavini Asxat Oralov Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüş keçirib.

1news.az xəbər verir ki, Görüş zamanı tərəflər KİV sahəsində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə ediblər.

Asxat Oralov Nur-Sultan şəhərində Media Mərkəzinin işi, "Turkistan" adlı yeni televiziya kanalının fəaliyyətə başlaması, bu sahədə digər layihələr haqqında ətraflı məlumat verib.

Həmsöhbətlər türk dövlətlərin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış olması məqsədilə beynəlxalq qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüş Türk Şurasının üzv dövlətlərin informasiya və media sahəsində dövlət orqanların rəhbərlərin konfransında iştirakı çərçivəsində baş tutub.

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər