Sevinc Fətəliyeva: Müsəlman ölkələrinin nümayəndələri erməni vəhşiliyinin canlı şahidi oldular | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Müsəlman ölkələrinin nümayəndələri erməni vəhşiliyinin canlı şahidi oldular

21:35 - 09 / 04 / 2021
Sevinc Fətəliyeva: Müsəlman ölkələrinin nümayəndələri erməni vəhşiliyinin canlı şahidi oldular

“Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımizda əs vandalizm törədib. Ermənilər həmin ərazilərdə bütün infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Tarixi-mədəni və dini abidələrimiz də erməni vəhşiliyinə məruz qalıb”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən Ermənistanın təcavüzkar siyasətinin nəticələri haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısının dediyi kimi, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini görməsini istəyirik.

Deputat qeyd edib ki, ermənilər tərəfindən 70-ə yaxın məscidimiz terrora məruz qalıb. Onun sözlərinə görə, dövlətimiz tərəfindən Ermənistan törədilən bu cinayətlər dünya ictimaiyyətinə çatdırılır. Belə ki, bu istiqamətdə görülən işlər sırasında işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV təmsilçilərinin, müxtəlif təşkilatların üzvlərinin səfərlərinin təşkil olunması da təqdirəlayiq haldır.

Millət vəkilinin sözlərinə görə, bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvlərinin ölkəmizə səfəri çərçivəsində Gəncə və Ağdam şəhərlərində erməni vəhşiliyi ilə yerində tanış olmaları ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir: “Səfər zamanı müsəlman ölkələrinin nümayəndələri erməni vəhşiliyinin canlı şahidi oldular.

Ona görə də, bu səfərin siyasi əhəmiyyəti böyükdür. Məlumdur ki, ötən dövr ərzində İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsini pisləyən qətnamələr qəbul edib. Eləcə də, İƏT Parlament İttifaqı Xocalı soyqırımını tanıyıb. Heab edirəm ki, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandalizmi dünya ictimaiyyətinə çatdtırmaq üçün İƏT mühüm beynəlxalq platformadır. Ermənistanın xarici siyasətində bir çox müsəlman ölkələri ilə əməkdaşlıq da yer alır.

Amma düşünürəm ki, müsəlman ölkələri Ermənistanın islamofob siyasət həyata keçirməsini nəzərə almalıdır. Zəngilan işğaldan azad olunan zaman bütün dünya məsciddə ermənilərin donuz saxladığının şahid oldu. Ona görə də, müsəlman ölkələri Ermənistanla münasibətlərdə bu faktları nəzərə almalıdır. Çünki Ermənistan İslam dəyərlərinə düşməncəsinə yanaşır”.

Paylaş:
499

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər