Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Qafar Ağayev17:28 - 12 / 04 / 2021
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Aprelin 12-də Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli ilə görüşüb.

Milli Məclisdən 1news.az-a verilən məlumata görə, spiker qonağı salamlayaraq, bu səfərin parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

O, tarixən qədim köklərə malik olan Azərbaycanla İtaliya arasında əməkdaşlığın ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. Qeyd olunub ki, münasibətlərin hazırki yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rolu olmuşdur. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.

Milli Məclisin Sədri siyasi, iqtisadi sahələrlə yanaşı, mədəni, humanitar, elm və təhsil sahələrində də əməkdaşlığımızın yüksək səviyyədə olduğunu qeyd edərək, bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələr geniş ictimaiyyətə yaxşı məlumdur. Bu cür layihələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Azərbaycan-İtaliya münasibətlərinin inkişafında parlamentlərin də rolunu vurğulayan S.Qafarova bildirib ki, son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb. Bu gün ölkələrimizin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Qarşılıqlı həyata keçirilən yüksək səviyyəli səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında da qonağa məlumat verən Spiker vurğulayıb ki, həmin dövrdə bir çox italiyalı parlamentari Azərbaycanın bu haqq işinə öz dəstəklərini ifadə ediblər. Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri tamamilə dağıdıb.

Çox təəssüf ki, Ermənistan yenə də cinayətkar fəaliyyətdən əl çəkmir və bütün çağırışlara baxmayaraq, növbəti dəfə hərbi cinayət törədir, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Hesab edirəm ki, bu hərbi cinayətin qarşısının alınması üçün sülh və təhlükəsizliyi təhdid edən bu addıma qarşı beynəlxalq ictimaiyyət də öz mövqeyini ortaya qoymalıdır.

Paylaş:
602

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər