Hərbi Qənimətlər Parkı Azərbaycanın qürur yeri, Ermənistana göz dağıdır - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Hərbi Qənimətlər Parkı Azərbaycanın qürur yeri, Ermənistana göz dağıdır - TƏHLİL

16:50 - 14 / 04 / 2021
Hərbi Qənimətlər Parkı Azərbaycanın qürur yeri, Ermənistana göz dağıdır - TƏHLİL

Bakıda Hərbi Qənimətlər Parkının yaradılması Ermənistanda ciddi narazılıqla qarşılanıb.

İkinci Qarabağ Müharibəsində acı məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanın qələbəsini həzm edə bilmədiyi üçün müxtəlif təxribatçı addımlar atır. Belə addımlardan biri də ötən gün açılışı olan Hərbi Qənimətlər Parkında məhv edilən erməni əsgərlərinin dəbilqəsinin nümayiş etdirilməsini insan haqlarının pozulması, ermənilərin təhqir edilməsi kimi qələmə verməyə çalışmalarıdır.

Ermənistanın Xarici İşlər Nazirliyi Bakıda Hərbi Qənimətlər Parkının yaradılması ilə bağlı bəyanat yayaraq Azərbaycanı dözümsüzlükdə və ksenofobiyada günahlandırdı.

Burda deyiblər, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Bəs sizin aralarında uşaqların, qadınların, qocaların da olduğu minlərlə günahsız insanı öz torpaqlarından didərgin salıb vəhşicəsinə qətlə yetirməyinizin, təhqir etməyinizinin, şəhər və kəndlərimizi viran qoymağınızın adı nədir? Xocalı soyqırımını nə tez unutdunuz? Nə üçün Azərbaycana təzyiq edən Qərb dövlətləri bütün bunlara lal, kar, kor oldular? İndimi yadlarına düşdü insan haqları?

Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, terrorçuluğu dövlət siyasətinə çevirən bir ölkənin insana nifrətdən danışmağa haqqı varmı? Əlbəttə ki, yox!

Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan XİN-ə cavabı da özünü çox gözlətmədi. Nazirlik bəyan etdi ki, paytaxt Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışı və burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir.

“Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərini beynəlxalq hüququn ona verdiyi haqla azad edib, Vətən müharibəsi nəticəsində, Azərbaycan oğullarının qanı və canı bahasına ərazi bütövlüyünü təmin edib. Əlbəttə, dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır. Parkda müharibə iştirakçısı olan erməni hərbçilərinin manikenlərinin sərgilənməsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur. Bu Parkın və burada sərgilənən kompozisiyaların verdiyi ismarış birmənalıdır: dövlətə qarşı həyata keçirilən təcavüz siyasəti və qanunsuz işğal üzərində çalınan böyük Qələbə beynəlxalq hüququn təntənəsidir.

Ermənistan XİN-in talançılıq və insana nifrət iddialarına gəldikdə isə, azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dövlət səviyyəsində törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bu gün bütün dünyanın gözləri qarşısındadır. Tarixi, mədəni, dini irsimizi yerlə yeksan edən, təbii ehtiyatlarımızı talan edən, bir milyon insanın fundamental hüququnu pozaraq 30 il ərzində mülkiyyətini mənimsəyən bir ölkənin talançılıqdan danışması heç bir çərçivəyə sığmır. Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, Birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyleryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur.

Ermənistan tərəfinin hər fürsətdə dilə gətirdiyi “hərbi əsirlər” mövzusu ilə bağlı, bir daha Ermənistan XİN-ə yalan və iftira dolu ritorikadan çəkinməyi məsləhət görürük. Ermənistan hökumətinin də imza atdığı üçtərəfli bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri “hərbi əsir” hesab oluna bilməz, bunu dəfələrlə bəyan etmişik. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı bütün tədbirləri həyata keçirir, o cümlədən erməni hərbi əsirləri qısa müddət ərzində Ermənistan tərəfinə qaytarıb.

Ermənistanın isə üçtərəfli razılığa zidd olaraq, pozucu fəaliyyəti ilə bağlı üzrxahlıq bildirmək əvəzinə, əsassız iddialarla çıxış etməsi, Azərbaycana qarşı yalan və iftira dolu kampaniya aparması bu ölkənin hələ də düşmənçilik mövqeyindən çıxış etdiyini, beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılmasına hazır olmadığını və beləliklə də yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmadığını nümayiş etdirir”, - deyə XİN-in bəyanatında qeyd olunub.

Nəzərinizə çatdıraq ki, dünyanın bir çox yerində müharibədə qalib gələn bir çox ölkədə “hərbi qənimətlər parkı” mövcuddur. Onlardan biri Avstriyanın paytaxtı Vyanada yerləşən Hərbi Tarix muzeyidir. Sözügedən muzey 1850-ci ildə yaradılıb və ən qədim hərbi muzeylər sıransında dayanır. Burada bir çox ölkələrin qədim silah sursatları, o cümlədən faşizm üzərində qələbə qazandıqdan sonra onlardan geri qalan qənimətlər saxlanılır.

Belçikanın paytaxtı Brusseldə yerləşən Kral müharibə muzeyində də 100 illər boyunca istehsal edilən, müharibələrdə iştirak edən eksponatlar saxlanılır. Belçikada yerləşən bu böyük muzey Avropada yaxşı qorunub-saxlanılan muzeylərdən biridir. Kral müharibəsi muzeyində də faşist hərbçilərin geyimləri, silahları qorunub saxlanılır. Şəhərə gələn turistlər, buranı böyük həvəslə ziyarət edir, yeni nəsil keçmişdə faşistlərin az qala bütün dünyaya qarşı hansı texnikalarla döyüşdüyünün şahidi olur.

Daha bir nümunə kimi Belarusun Brest şəhərinini göstərə bilərik. Alman faşitləri bu şəhəri yer üzündən silmək istəyirdilər, bu gün Brest qalası turistlərin Belarusa gələn zaman ziyarət etdiyi yerdir.

Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyi isə İkinci Dünya Müharibəsində qələbə uğrunda canlarından keçmiş insanların xatirəsinə yaradılıb. Burada İkinci Dünya Müharibəsi illərində istifadə olunan silah-sursat, texnika və digər maraqlı eksponatlar sərgilənir. Bu gün İkinci Dünya müharibəsi ilə bağlı dünyanın ən nəhəng, zəngin muzeyi sayılan bu məkanda Moskva, Kiyev, Minsk və digər şəhərlərdən toplanmış müharibəyə aid eksponatlar yığılıb.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Bakıda Hərbi Qənimətlər Parkının Ermənistanda və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə barışa bilməyən dairələrdə etiraz doğurması təbii qəbul olunmalıdır. Çünki Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini, bu ölkəyə uzun illərdən bəri təmənnasız verilən külli miqdarda hərbi texnikanın necə yararsız hala düşdüyünü, uzun illər boyu ətrafında “məğlubedilməzlik” mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə olduğunu ən incə detallarına kimi ortaya qoyur:

“Hərbi Qənimətlər Parkı uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlayan, mənəvi, siyasi, hərbi deqradasiyanın son həddinə yuvarlanmış Ermənistan ordusunun və işğalçı təfəkkürünün, həyat tərzinin aynasıdır. Azərbaycan bu parkı salmaqla ermənilərə öz gerçək simaları ilə tanış olmaq, işğalçı təfəkkürdən, nifrətdən uzaq durmaq üçün özlərini tanımaq və utanc hissi keçirmək imkanı yaradıb. Ermənilərin ağlasığmaz vəhşiliklərinin, misilsiz cinayətlərinin ən bariz nümunəsi isə işğaldan azad edilmiş Azərbaycan əraziləridir. Dünyanın istənilən sivil xalqı törədilən bu cinayətlərdən utanc hissi keçirər, Azərbaycan xalqından və bütün bəşəriyyətdən üzr istəyərdi. Amma görünür, hələ də nə etdiklərinin fərqində deyillər.

Hərbi Qənimətlər Parkının həm də dünyaya çağırış olduğunu deyən E.Mirzəbəyli dünyanın bir sıra ölkələrində bu cür parkların, muzeylərin olduğunu söyləyib:

“Hərbi Qənimətlər Parkı həm də revanşçı qüvvələrə, gözü başqalarının torpaqlarında olanlara işğalın, vandalizmin, insanlıq əleyhinə cinayətlərin aqibətini göstərən mesajdır. Qeyd edim ki, dünyada belə parkların, yaxud muzeylərin sayı yetərincədir. Buna misal olaraq, Vyetnamda, Xoşimin şəhərində 1975-ci ilin sentyabrından mövcud olan "Müharibə qurbanları müzeyini" göstərə bilərik. Bir neçə binadan ibarət olan muzeydə qənimət götürülmüş hərbi texnika, o cümlədən F-5 qırıcısı, UH-1 hərbi helikopteri, bombardmançı təyyarələr, tanklar, fosforlu bombaların qalıqları nümayiş etdirilir. Eksponatlar arasında fransız əsgərlərinin vyetnamlılara verdikləri işgəncəni, həmçinin edam səhnələrini nümayiş etdirən mum fiqurlar da var.

Başqa bir nümunə: 1943-1948-ci illərdə Moskvada, Qorki adına mədəniyyət və istirahət parkında qənimət götürülən hərbi texnika nümayiş etdirilib. 5 il ərzində qənimətlər parkını 7,5 milyon insan ziyarət edib. Hazırda Belarusda alman faşizminin vəhşiliklərini nümayiş etdirən bir neçə muzey fəaliyyət göstərir. Rusiya Müdafiə Nazirliyinin 2019-2020-ci illərdə, faşizm üzərində qələbənin 75-ci ildönümü münasinətilə, faşizmə heç bir aidiyyatı olmayan Suriyadan qənimət götürülmüş hərbi texnikanı 1 il ərzində qatarla şəhərdən-şəhərə daşıyaraq nümayiş etdirdiyini də nəzərə alsaq, öz ərazilərini işğaldan azad edən Azərbaycanın hərbi qənimətləri nümayiş etdirməsində təəccüblü heç nə olmamalıdır.

Parkda sərgilənmiş eksponatlardan, xüsusilə də erməni əsgərlərinin obrazından narahat olanlar isə yaxşı olar ki, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə erməni əsgər və zabitlərinin sosial şəbəkələrdə paylaşılan fotoşəkillərə diqqətlə baxsınlar. 30 il əraziləri işğalda saxlayan və yüzlərlə kənd və şəhəri yer üzündən silmiş, dinc əhaliyə qarşı soyqırımı və deportasiya həyata keçirmiş işğalçı ordunun əsgərləri elə bu cür də göstərilməlidir. Olduqları kimi...”.

B.Cahandarov

Paylaş:
604

Son xəbərlər

Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31
Bütün xəbərlər