“Qurumların nəzdində yaranan ictimai şuralar və ictimai nəzarət funksiyası necə tənzimlənir?” - “Çıxışa doğru”da MÜZAKİRƏ

İctimai iştirakçıların müxtəlif formaları qanunda təsbit olunub.
Bu sıraya ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşməni aid etmək olar. Lakin son günlər müxtəlif Mərkəzi və yerli icra hakimiyyətləri orqanları yanında yaradılan İctimai şuralar daha ciddi müzakirə obyektinə çevrilib. Ekspertlər İctimai şuraların təşkilində və fəaliyyətində bəzi çatışmazlıqlar olduğunu bildirirlər.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Qurumların nəzdində yaranan ictimai şuralar və ictimai nəzarət funksiyası necə tənzimlənir?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə, "Konstitusiya" Araşdırmalar fondunun rəhbəri Əliməmməd Nuriyev, "İnformasiya Təşəbbüslərinə Dəstək" İB -nin sədri Cəsarət Hüseynzadə və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: