Fəxrəddin Altun: “Qondarma erməni soyqırımı iddiası sadəcə siyasi maraqlarla qidalanan bir böhtandır” | 1news.az | Xəbərlər
Siyasət

Fəxrəddin Altun: “Qondarma erməni soyqırımı iddiası sadəcə siyasi maraqlarla qidalanan bir böhtandır”

Qafar Ağayev16:57 - 20 / 04 / 2021
Fəxrəddin Altun: “Qondarma erməni soyqırımı iddiası sadəcə siyasi maraqlarla qidalanan bir böhtandır”

1915-ci il hadisələrinin tarixi keçmişi, hüquqi miqyası və günümüzə əks olunma hallarını müzakirə etmək məqsədilə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən 1915-ci il hadisələri ilə bağlı beynəlxalq konfrans təşkil edilib.

1news.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun konfransda çıxış edərək proqramda irəli sürüləcək fikirlərin həqiqətlərin üzə çıxmasına töhfə verəcəyini, çünki təvazökar, lakin bir o qədər də cəsur insanların həqiqətə olan inamı sayəsində tarixin düzgün oxuna bildiyini söyləyib.

F.Altun Osmanlının imperiyanın son dövründə çox böyük çətinliklərlə mübarizə apardığını qeyd edib.

“Çanaqqala, Qafqaz, Hicaz, Fələstin və İraqda böyük mübarizə apardıq. Türkiyə Cümhuriyyəti olaraq 1915-ci ildə Osmanlı imperiyası tərəfindən qəbul edilmiş “Təhcir Qanunu”nun tətbiqi zamanı yaşanan ağrılı hadisələri bütün qəlbimizlə hiss edirik.

Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi “birlikdə Türkiyə olmanın” da kədərdə və sevincdə birlik olmaqdan keçdiyinə inanırıq.

Bununla yanaşı bu gün əsrlər boyu sülh şəraitində birlikdə yaşamış türk və erməni xalqlarının ortaq keçmişini təhrif edərək tarixdən düşmənçilik yaratmağa cəhd edən bir hekayə ilə qarşı qarşıyayıq. Və biz bu hekayəyə qarşı çıxırıq.

Həqiqətə çatmaq istəyimiz siyasi qazanc üçün deyil, sırf həqiqətin özü üçündür. Hörmətli prezidentimizin 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və elmi yanaşma çağırışı da bunun üçündür. Bu həqiqət çağırışıdır".

F.Altun bildirib ki, Qondarma erməni soyqırımı böhtanı həqiqətlərlə heç bir əlaqəsi olmayan və sadəcə siyasi maraqlarla qidalanan bir iddiadır.

"Hansı parlamentin nəyə qərar verdiyinin, hansı xarici dövlət başçısının bu hadisələr haqda hansı ifadəni işlətməsinin bizim nəzərimizdə heç bir qiyməti yoxdur. Bizim üçün əsas olan keçmişdən bu günə qədər bu torpaqların övladlarının qəlbində ədalətli bir yer tuta bilməkdir.

Bu konfransın 1915-ci il hadisələrinin yaşandığı tarixi keçmişi unutdurmamaq və ölkəmizə qondarma erməni soyqırımı böhtanı ilə diz çökdürmək cəhdlərinin qarşısını almaq üçün vacib bir funksiyanı yerinə yetirəcəyinə inanırıq”, - deyə Altun vurğulayıb.

Paylaş:
457

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər