Zelinksi ermənilərə qarşı sanksiya tətbiq etdi | 1news.az | Xəbərlər
Siyasət

Zelinksi ermənilərə qarşı sanksiya tətbiq etdi

13:02 - 22 / 04 / 2021
Zelinksi ermənilərə qarşı sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın iki şirkətinə qarşı sanksiya qərarını təsdiqləyib.

1news.az axar.az-a istinadən bildirir ki, adları sanksiya siyahısına düşən "Dordlider" və "Qranit-001" şirkətlərinə qarşı iqtisadi və digər məhdudiyyətlər tətbiq edilib.

Qeyd edilir ki, "Dordlider" tikinti şirkətidir.

Ukrayna Prezidenti Vladimir Zelenskinin imzaladığı fərmanla ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının qaçaqmalçılıqla əlaqəli hüquqi və fiziki şəxslərə dair 15 aprel tarixli qərarı qüvvəyə minib.

Qərarla 13 ölkə vətəndaşına və 95 şirkətə qarşı qaçaqmalçılığa görə sanksiya tətbiq edilib. Fiziki şəxslərin ikisi Rusiya vətəndaşıdır.

Siyahıya həmçinin, iki erməni əsilli şəxsin də adı daxil edilib. Onlar Araik Amirxanyan və Tiqran Melkonyandır. Ukrayna vətəndaşlığından məhrum edilən Arayik 2019-cu ildə, Ukrayna vətəndaşlarını qanunsuz yollarla Krım üzərindən Rusiyaya keçirdiyi üçün həbs edilmişdi. Eyni zamanda ona qarşı, Ukrayna müəssisələrinin təxminən 20 milyon qrivna (700 min ABŞ dollarından çox) məbləğində əmlakını qanunsuz ələ keçirməsi ittihamı irəli sürülmüşdü.

Digər şəxs - Odessadan olan iş adamı Tiqran Melkonyandır. Onun "Skaylayn" şirkətinə 2018-ci ildə Livandan qaçaqmal yolu ilə siqaret daşınmasına görə cinayət işi açılmışdı. Bir neçə il ərzində Tiqran Melkonyan qaçaqmalçılıq cinayəti üzrə təqib olunub. Fərman Ukrayna Prezidenti Ofisinin rəsmi saytında aprelin 21-də dərc edildiyindən həmin gündən qüvvəyə minib.

1news.az

Paylaş:
343

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər