Dövlət Miqrasiya Xidmətindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Miqrasiya Xidmətindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə XƏBƏRDARLIQ

Qafar Ağayev14:35 - 23 / 04 / 2021
Dövlət Miqrasiya Xidmətindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə XƏBƏRDARLIQ

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edib.

Qurumdan 1news.az-a bildirilib ki, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyət nəzərə alınaraq, ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) Dövlət Miqrasiya Xidməti tərəfindən uzadılıb:

"Lakin bu qəbildən olan əcnəbilərin bir qismi müxtəlif səbəblərdən qeydiyyata alındıqları ünvanda yaşamır, yeni olduğu yer üzrə qeydiyyatla bağlı qanunvericiliyin tələblərini pozurlar. Bu kimi hallara yol verməmək üçün müvəqqəti olma müddəti uzadılmış və olduğu yer üzrə ünvanını dəyişmiş əcnəbilərin 23.04.2021-ci il tarixdən etibarən 10 gün müddətində yeni olduqları yer üzrə qeydiyyat məlumatlarını elektron qaydada və ya elana əlavə edilmiş ərizəni doldurmaqla “ASAN xidmət” mərkəzlərinə, belə mərkəzlər olmayan yerlərdə isə regional miqrasiya idarələrinə təqdim etmələri tələb olunur".

DMX-dən bildirilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.

Paylaş:
469

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər